Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

MSK: Xanlar Lalayev həmin gün ölmüş adam kimi keçmiş həyat yoldaşını nəzərdə tutub, sonradan sözlərini dəyişib

21.02.2020 21:34 2 326
MSK: Xanlar Lalayev həmin gün ölmüş adam kimi keçmiş həyat yoldaşını nəzərdə tutub, sonradan sözlərini dəyişib
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov Milli Məclisə seçkilərlə əlaqədar səsvermə günü 107 saylı Qazax Seçki Dairəsində ölmüş seçicinin adının seçici siyahısında olması iddiasının əksini tapdığı videogörüntünün sosial şəbəkələrdə yayılmasına və bu videogörüntü ilə bağlı MSK-nın araşdırması nəticəsində ortaya çıxan faktın təkzib edilməsi ilə bağlı fikirlərə münasibət bildirib.

MSK üzvü Bəxşeyiş Əsgərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzilərinin gülmək üçün baxdığı həmin videogörüntü MSK üçün ciddi əhəmiyyət kəsb edib.

B. Əsgərovun sözlərinə görə, həmin videogörüntüdə bir şəxsin emosional şəkildə “o ölüb, adını niyə salmısınız” deməsi MSK-nı maraqlandırıb: “Ona görə də MSK bu məsələni araşdırmalı idi. Araşdırma zamanı məlum oldu ki, vətəndaş Xanlar Lalayevin həyat yoldaşı ondan ayrılıb, Xanlar Lalayev də sonradan başqa bir xanımla ailə qurub. Xanlar Lalayev fevralın 9-da məntəqə seçki komissiyasında səs verərkən seçici siyahısında keçmiş həyat yoldaşının da adını görüb, əsəbiləşib və onun öldüyünü söyləyib. Bu da istər-istəməz gördüyümüz videgörüntü şəklində yayımlanıb. Araşdırma zamanı Xanlar Lalayevin ayrıldığı həyat yoldaşının rəhmətə getmədiyi üzə çıxdı. Çünki biz həm polis, həm də ədliyyə orqanlarından müvafiq arayışlar əldə etdik. Bundan başqa, bilavasitə Lalayevlərin qonşusu olan məntəqə seçki komissiyasının üzvlərindən əldə etdiyimiz izahatlara görə Xanlar Lalayev həmin gün ölmüş adam kimi keçmiş həyat yoldaşını nəzərdə tutub. Sonradan isə Xanlar Lalayev bu uğursuz ifadəsi ilə əlaqədar cəmiyyətin qınağından qurtarmaq üçün yeni varianta ələ atır. Mətbuata açıqlamasında bildirib ki, guya ölmüş dedikdə qardaşının rəhmətə gedən keçmiş həyat yoldaşını nəzərdə tutub”.

B. Əsgərov nəzərə çatdırıb ki, X. Lalayev hər dəfə danışdıqca növbəti səhvə yol verir: “Məsələn, deyir ki, qardaşının rəhmətə gedən keçmiş həyat yoldaşının qırxı təzə çıxıb. Bizim əldə etdiyimiz məlumata görə isə, Xanlar Lalayevin qardaşının keçmiş həyat yoldaşı həqiqətən rəhmətə gedib. Ancaq o, bu il yanvarın 27-də dünyasını dəyişib, qırxı hələ mart ayında olacaq. Bundan başqa, Xanlar Lalayevin guya ölmüş adamın adına bildiriş gəlməsinə etiraz etməsinə gəlincə, bildirişlər seçkilərə xeyli müddət qalmış paylanır. Bu halda yanvarın 27-də vəfat etmiş şəxsə bildiriş də verilə bilməzdi. Digər tərəfdən, bildiriş gəlsəydi belə, bu da başa düşülən olardı. Çünki seçici siyahılarının dəqiqləşməsi seçkilərə 25 gün qalmış başa çatır və 25 gündən sonra seçici siyahılarının dəqiqləşdirilməsi aparılmır. Həm də məntəqə, dairə seçki komissiyaları yalnız rəsmi dövlət orqanlarından məlumat daxil olduqda seçici siyahılarına dəyişiklik edə bilərlər. Amma şəxsin dilə gətirdiyi bu uğursuz ifadədən sonra özünü təmizə çıxarmaq üçün dəfələrlə bu şəkildə müxtəlif media orqanlarına verdiyi müsahibələrdə bir-birinə zidd ifadələr işlətməsi təbii ki, xoşagələn hal deyil. Şəxsin həyat dramını ümumi işin ziyanına yönəltməsi doğru deyil. Yeri gəlmişkən, videogörüntüdə Xanlar Lalayev əlini uzadaraq onu da deyir ki, əgər elədirsə, niyə təzə arvadının adını seçici siyahısına salmısınız. Məsələ bundadır ki, Xanlar Lalayevin keçmiş həyat yoldaşı hələ də onun ünvanında qeydiyyatdadır və əgər başqa müraciətlər yoxdursa, seçici siyahıları tərtib olunarkən qeydiyyat ünvanları üzrə aparılır. Ona görə də Xanlar Lalayevin keçmiş həyat yoldaşının adı seçici siyahısında həmin ünvanda əks olunub”.

B. Əsgərov vurğulayıb ki, MSK-da aparılan araşdırma zamanı hansısa ifadələrə, kiminsə haradasa nəsə deməsinə deyil, rəsmi dövlət sənədlərinə, rəsmi izahatlara əsaslanırlar: “Hərtərəfli araşdırma aparılmadan heç zaman MSK adından iddia edilən şəxsin ölmədiyi barədə məsuliyyət tələb edən bəyanat verilməzdi. Hərtərəfli araşdırma zamanı məlum olanda ki, həmin videogörüntüdə Qazax rayonu Nəriman Nərimanov qəsəbəsinin sakini Xanlar Lalayev ölmüş dedikdə, keçmiş həyat yoldaşını nəzərdə tutub, bu araşdırmanın nəticəsi MSK-nın ötən iclasında açıqlandı”.

Qeyd edək ki, MSK-nın ötən iclasında B. Əsgərov bildirib ki, 107 saylı Qazax Seçki Dairəsində ölmüş seçicinin adının seçici siyahısında olması iddiasının əksini tapdığı videogörüntü araşdırılıb və videogörüntüdə öldüyü iddia edilənin Xanlar Lalayevin keçmiş həyat yoldaşı olduğu üzə çıxıb. Xanlar Lalayev isə sonradan mətbuata açıqlamasında qardaşının keçmiş həyat yoldaşını nəzərdə tutduğunu iddia edib.

Son xəbərlər