Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Qaxda bir gündə 4 nəfəri it dişləyib - İkisi azyaşlıdır

17.02.2020 18:35 1 510
Qaxda bir gündə 4 nəfəri it dişləyib - İkisi azyaşlıdır
Qaxda bir gündə ikisi azyaşlı olmaqla 4 nəfəri it dişləyib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Güllük kənd sakini, 2016-cı il təvəllüdlü Rəşid Şahin oğlu Mirzəyev başın və üzün cırılmış-didilmiş yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı məlum olub ki, sahibsiz it 4 yaşlı R. Mirzəyevin yaşadığı evin həyətyanı sahəsinə soxularaq ona xəsarət yetirib. R. Mirzəyevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Məlumatda bildirilir ki, fevralın 16-sı gün ərzində ikisi azyaşlı olmaqla dörd nəfər it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Son xəbərlər