Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Siyavuş Novruzovdan seçkidən sonra ilk addım - FOTO

13.02.2020 20:53 1 731
Siyavuş Novruzovdan seçkidən sonra ilk addım - FOTO
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 2020-ci ilin fevralın 9-da ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində növbəti dəfə qalib gəlməsi münasibətilə bu gün Fəxri Xiyabanda partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək məzarı önünə əklil qoyub.

APA-nın məlumatına görə, ziyarət etdikdən sonra SƏS TV-yə açıqlama verən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bunları deyib:

“Ümumiyyətlə nəinki mən, bütün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə minnətdardır. Təbii ki, bizlər də Fəxri Xiyabana gələrək Ulu Öndərə öz minnətdarlığımızı bildiririk. Mən növbəti dəfə Naxçıvan Muxtar Respublikasından Milli Məclisə deputat seçilmişəm. Ziyarət etməkdə əsas məqsədim Ümummilli Liderdən xeyir-dua almaq və daha sonra öz fəaliyyətimlə məşğul olmaqdır.

Mənim həyatımda, fəaliyyətimdə ömrü boyu Heydər Əliyev həmişə böyük rol oynayıb. Təbii ki, bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasəti və cənab Prezident İlham Əliyevin siyasəti davam edəcək. Seçicilər bizlərə Heydər Əliyev yoluna, siyasətinə görə səs veriblər. Mən Ümummilli Liderin hesabına səs qazanmışam. Ona görə də Heydər Əliyevin məzarını ziyarət etməmək mənim üçün qəbulolunmazdır. Mən hər bir xeyir işimdə Fəxri Xiyabana gələrək Ulu Öndərin xeyir-duasını alıram”.

Son xəbərlər