Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? |
Mojo.az Avto
Mojo.az Avto

ATƏT və AŞ PA Avropanın Azərbaycanın imicinə olan dərin paxıllığını təsdiq etdi - Yevgeni Mixaylov

10.02.2020 20:46 1 712
ATƏT və AŞ PA Avropanın Azərbaycanın imicinə olan dərin paxıllığını təsdiq etdi - Yevgeni Mixaylov
Azərbaycan çoxdan bilməlidir ki, öz ağlı ilə və kənar məsləhətlər almadan yaşayan istənilən ölkə istənilən halda Avropa tərəfindən tənqidə məruz qalır.

Median.Az
bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Yevgeni Mixaylov ATƏT-in Demokratik Təşkilatlar və İnsan Haqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkiləri ilə bağlı mənfi bəyanatını şərh edərkən deyib.

Y.Mixaylov bildirib ki, Avropa strukturlarının bu cür bəyanatları ölkənin regionda və dünyada artmaqda olan nüfuzuna zərbə vurmaqdan başqa bir şey deyil:

"Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasını Azərbaycana qarşı qərəzli münasibətdə ittiham edib. Tamamilə aydındır ki, parlament seçkilərinin tənqidi bir halqanın tərkib hissəsidir, bunun məqsədi isə ölkədə baş verən dəyişikliklərə kölgə salmaqdır. Bu cür bəyanatlarda Avropanın dərin paxıllığı əks olunur. Bu, onunla bağlıdır ki, onlarda hər şey pisləşməyə doğru getdiyi bir vaxtda, dünya arenasında nümunə ola biləcək ölkələr peyda olur. Elə həmin Avropada Azərbaycandakı kimi islahatçı addımlar həyata keçirmək mümkün deyil. Mən ölkə hökumətinin və parlamentinin kütləvi dəyişməsini nəzərdə tuturam. Avropa heç də bütün dünya demək deyil və bunu qəbul etmək lazımdır. Ona görə də avropalı siyasətçilərin sözlərinə diqqət verməmək olar".

Rusiyalı ekspert vurğulayıb ki, Fransada və digər Avropa ölkələrində güclü erməni lobbisi var və bu lobbi Türkiyənin, eləcə də ona qardaş olan Azərbaycanın müxtəlif Avropa layihələrinə və strukturlarına inteqrasiya olunmasına mane olur.

Son xəbərlər