Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Yevgeni Mixaylov: “Azərbaycanın uğurları Aİ və Qərbdə bəzilərini qıcıqlandırır”

19.01.2024 18:10 1 542
Yevgeni Mixaylov: “Azərbaycanın uğurları Aİ və Qərbdə bəzilərini qıcıqlandırır”
“Azərbaycanın uğurları Avropa İttifaqını (Aİ) və xüsusən də onun aparıcı üzvlərindən olan Fransanı qıcıqlandırır”.

Bunu “Report”a açıqlamasında rusiyalı siyasi ekspert Yevgeni Mixaylov Aİ, ona üzv olan ölkələr və bəzi digər Qərb ölkələrinin rəsmilərinin Azərbaycanı tənqid edən bəyanatlarına münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, bu mənfi məqam həm də bu ölkələrdə siyasətçilərin erməni lobbisinin təsirinə düşməsi ilə bağlı ola bilər:

“Azərbaycan məhkəmə sisteminə ünvanlanan qeyri-müəyyən şərhlər əslində Ermənistan tərəfinin Azərbaycanı “Qarabağ ermənilərinin qanunsuz mühakimələrində” ittiham edən bəyanatları ilə üst-üstə düşür”.

O əlavə edib ki, söhbət separatçı rejimin rəhbərlərindən və Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərdən gedir.

Politoloq xatırladıb ki, Moskva siyasi arenada Bakıya dəstəyini ifadə etməyə hər zaman hazırdır:

“Rusiya Cənubi Qafqazda baş verən hadisələri görür. Moskva və Bakı tərəfdaşdır, prezidentlərimiz arasında çox yaxşı münasibətlər var. Bu, təbii ki, ölkələrimiz arasında mədəni və iqtisadi əlaqələrin gələcək inkişafına ciddi təsir göstərir”.скачать dle 11.3
Mojo.az Banner