Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çin restoranlarına gedən yoxdur

05.02.2020 22:55 1 724
Çin restoranlarına gedən yoxdur
Virus yayılması həm də Çin restoranlar şəbəkəsinə böyük zərər vurub. Türkiyənin SHOW TV telekanalı İstanbulda bu məsələ ilə bağlı reportaj hazırlayıb. Reportajda restoranların boş olması gözə dəyir.

Median.Az
xəbər verir ki, Çin restoranları bağlanmaq təhlükəsi ilə üzləşib. İstanbuldakı restoranlardan birinin rəhbəri telekanal əməkdaşına çox pis duruma düşdüklərini söyləyib. Onun sözlərinə görə, koronavirusa qədər hər gün 600 müştəriyə xidmət edirdilər. İndi isə bura gələnlərin sayı heç 20-yə çatmır. İşçilər bir-bir restoranı tərk etməyə başlayıb. Çünki iş getmir, restoran ziyanla işləyir. Bu gedişlə fəliyyət göstərmək uzun sürməyəcək.

Reportajda işçilərin əlcək və maskada gəzdiyi görünür. Restoran rəhbəri bütün məhsulları Türkiyədən aldıqlarını söyləyir. Amma nəinki müştəri itiriblər, hətta yaxınlıqdakı dükanların, mağazaların təzyiqinə məruz qalıblar. Hamı Çin restoranından ehtiyat edir, buranın tez bağlanmasını tələb edirlər.

Son xəbərlər