Mojo.az Banner
17:54 Şirvanda ata oğlunu azadlığa buraxdırmaq istədi: Dələduzluğa məruz qaldı  |     17:47 Azərbaycana gətirilən yüklərin 40 faizi Çin mənşəlidir  |     17:45 Narkotiklərin tədarükünə görə saxlanılan ailə üzvlərinə ağır cəza verilib  |     17:24 Mühərrik üçün sintetik yağın üstünlüyü nədir?  |     17:23 Şahruddin əməliyyat olundu  |     17:06 Altı faydalı qazıntı yatağı hərraca çıxarılacaq  |     16:57 Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi  |     16:41 Avtobus ana və övladını vurdu: Ölən var  |     16:12 Qubada sərnişin avtobusu ana və övladını vurdu - Ölən var  |     15:58 DİQQƏT! - Bakının bu rayonunda hərəkət təkmilləşdirilir  |     15:57 İkili diplom proqramları üçün xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi qaydası təsdiqləndi  |     15:48 4 milyonluq dələduzluq işi: Daha bir nəfər azadlığa çıxdı  |     15:33 "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiqlənib  |     15:31 İş adamına qarşı 4 milyonluq dələduzluq: Daha bir nəfər azadlığa çıxdı  |     15:06 Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükündən danışdı  |     14:53 Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib  |     14:47 Şahin Şıxlinskinin və Səfərov qardaşlarının məhkəməsi başlayıb  |     14:32 Bu il Azərbaycan iqtisadiyyatına 13 milyard manat pul qoyulub  |     14:14 Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  |     14:08 34 nəfər Almaniyadan Azərbaycana geri qaytarıldı  |    
Left Banner
Right Banner

“Nənə hər gün uşaqları həyətdə gəzdirirmiş...” - Faciənin baş verdiyi ünvandan...

30.01.2020 23:52 3 415
“Nənə hər gün uşaqları həyətdə gəzdirirmiş...” - Faciənin baş verdiyi ünvandan...
Dünən axşam saatlarında Bakıda baş verən dəhşətli hadisə bu gün ölkə gündəmində müzakirə olunur. Belə ki, 57 yaşlı nənə, Nina Allahverdiyeva nəvələri 6 yaşlı Alsu və 2 yaşlı Maratı boğaraq öldürüb, sonra isə özünü asaraq intihar edib.

Median.Az
“qafqazinfo”ya istinadən xəbər verir ki, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən binanın həyətində tam sakitlik idi, qonşular, hər kəs dünənki kimi öz işində idi. Həyətdə hər hansı mağar və ya məclis qurulmayıb.


Bu faciəvi hadisənin yas məclisinin xərclərini rayonun başçısı Arif Qasımovun tapşırığı ilə icra hakimiyyəti öz üzərinə götürüb.

Hazırda meyitlər morqda olduğu üçün uşaqların atası Vadim də oradadır. Onunla razılaşdırıldıqdan sonra ya binanın həyətində mağar qurulacaq, ya da ərazidəki mərasim evlərinin birində yas məclisi təşkil olunacaq.

Dünən isə Vadim səhər saat 11-də uşaqları evdə nənəsi ilə qoyaraq işə gedib və axşamüstü saat 17 radələrində evə gəlib.

Lakin qapının bağlı olduğunu və nənənin qapını açmadığını görərək açar yerini sındıraraq içəri daxil olub. Hazırda da qapı həmin vəziyyətdə qalır.


Uşaqların anası, 35 yaşlı Allahverdiyeva-Pikulo Liliya Tofiq qızı isə həmin vaxt orada olmayıb.
Liliya həyat yoldaşı Vadimlə 2012-ci ildə ailə həyatı qurub.

Qonşularla söhbətdə o da məlum olub ki, ailə 6-7 ay öncə binadan ev alaraq təmir etdirib və bura köçüb. Nənə Nina hər gün uşaqları həyətə düşürüb gəzdirirmiş.

Ümumilikdə ailə üzvləri mədəni və sakit insanlar olublar. Onlar nənənin hərəkətlərində hər hansı əsəbilik, psixoloji problem hiss etməyiblər.

O, həftəsonları Sumqayıtdakı digər övladının yanına gedib orada qalırmış. Həftə içi isə valideynlər işə getdiyi üçün gəlib qızı Liliyanın uşaqlarına baxırmış.

Ailə bundan öncə də Sumqayıtda yaşayıb. Onlar metis etnik qrupuna aiddirlər. Rus əsilli nənə Nina Allahverdiyevanın əri Tofiq azərbaycanlı olub.


Qonşular isə hələ də nənənin belə bir hadisəni törədəcəyinə inanmadıqlarını, bu işdə üçüncü bir şəxs tərəfindən cinayət əməlinin ola biləcəyini ehtimal edirlər.

Pikulo ailəsi binanın 2-ci mərtəbəsində yaşayıb, onların mənzilinin üstündəki evin pəncərəsində blokun girişini çəkən kamera quraşdırılıb.

Bütün bunları isə istintaq araşdırıb fərziyyə və şübhələrə son qoyacaq nəticəni ictimaiyyətə açıqlayacaq.скачать dle 11.3