Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Tağıyev qəsəbəsinin sakinləri: “Biz harada yaşayaq?” - VİDEO

29.01.2020 13:35 2 163
Tağıyev qəsəbəsinin sakinləri: “Biz harada yaşayaq?” - VİDEO
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsinin sakinlərini evlərindən çıxarmaq istəyirlər.

Bu barədə sakinlərin oxu.az-ın redaksiyasına ünvanladıqları şikayətdə qeyd olunub.

Şikayətdə bildirilir ki, ərazidə keçən ilə qədər məcburi köçkünlər də yaşayıb:

“Keçən ilin fevral ayında bu ərazidə yaşayan məcburi köçkünlər yeni evlərlə təmin olunublar. Onlar köçdükdən sonra isə bizim buradan çıxmağımızı tələb edirlər. Hazırda ərazidə 13 ailə var. 150-dən çox sakin 30 ildir ki, acınacaqlı şəraitdə yaşayır. Yaşadığımız ev də deyil, yararsız vəziyyətdə olan “barak”lardır.

Lakin bizim getməyə yerimiz, başqa ev almağa pulumuz yoxdur. Sumqayıt Şəhər Ali Məhkəməsi bizim ərazidən çıxmağımız barədə qərar verib. Aidiyyəti orqanlara müraciət edirik, şikayətimizə baxılmır. Neçə dəfə bu ərazilərdə evlər yandırılıb. Təhlükə ilə üz-üzə yaşayırıq. Bizə kömək edin”.

Aidiyyəti qurumların nümayəndələri sakinlərə burada qanunsuz yaşadıqlarını deyiblər:

“Biz burada necə qanunsuz yaşayırıq ki, hər il bizi qeydiyyata alırlar. Seçkilərdə iştirak etmişik. Ərazidə qaz yoxdur. Digər kommunal ödənişlərimizi isə daim ödəmişik. İndi deyirlər ki, qanunsuz yaşayırsınız, buradan çıxın. Biz bilmirik hara gedək, harada yaşayaq?”

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxladıq. Hər iki qurum sözügedən ərazinin oların balansında olmadığını və buna görə məsələyə münasibət bildirməyəcəklərini qeyd ediblər.

Sakinlər isə hələ də harada yaşayacaqları ilə bağlı suala cavab axtarırlar.


Son xəbərlər