Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək | 19:21 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı | 19:05 Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var | 18:47 Sabah Bakıda hava yağmursuz olacaq | 18:36 Pensiyaların ödənilməsi ilə bağlı açıqlama – TARİXLƏR |
Mojo.az Avto
Mojo.az Avto

Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir? - Video

21.10.2025 13:18 867
Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir? - Video
Neftçalada Kür çayı üzərindəki körpü qəzalı vəziyyətdədir. Uzunluğu 300, eni 8 metr olan yol ötürücüsü 1991-ci ildə istifadəyə verilib.

Hər an təhlükə ilə üz-üzə qalan sakinlər aidiyyəti qurumdan kömək istəyirlər. "Körpü neçə ildir qəzalı vəziyyətdədir. Buradan keçən maşınlar dərələrə düşürlər. Belə şey olmaz, problem həll olunmalıdır", -sakinlərdən biri söyləyib.

Digər bir vətəndaş isə belə deyib: "Gecə vaxtı burada hərəkət etmək çox təhlükəlidir. Körpünün ortası uçub, buradan keçəndə maşının salamat yeri qalmır".

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidə körpünün inşası ilə bağlı qurum tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub: "Həmin təkliflər əsasında maliyyə vəsaiti ayrılan kimi ərazidə tərəfimizdən yeni körpünün inşasına başlanılacaq".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər