Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:21 Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə | 12:12 Qətlə yetirilən 23 yaşlı Gülarə tələbə imiş: Yeni təfərrüat - VİDEO (Yenilənib) | 12:09 Navai Qazaxıstan qalmaqalından sonra məclislərdə iştirak qiymətini kəskin artırdı | 12:00 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar | 11:35 Nazir: "Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar" | 11:31 Bəzi cərimələr 150 faiz artırılır | 23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi |
Mojo.az Avto
Mojo.az Avto

AFFA İK üzvlərinin nəzarət edəcəyi sahələr bəlli oldu

28.01.2020 13:53 2 227
AFFA İK üzvlərinin nəzarət edəcəyi sahələr bəlli oldu
Bu gün AFFA-nın Seçki Konfransından sonra İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

Median.Az
xəbər verir ki, iclasdan sonra icraçı vitse-prezident Elxan Məmmədov və yeni təyin olunmuş vitse-prezident Vaqif Sadıqovun iştirakı ilə mətbuat konfransı baş tutub.

Elxan Məmmədov iclasda müzakirə olunan məsələlər barədə danışıb:

“AFFA-nın rəhbər orqanlarına seçilənləri təbrik edirəm. İcraiyyə Komitəsinin iclasında bəzi administrativ dəyişikliklər barədə qərar qəbul edildi. Bundan sonra hər bir üzv ayrı-ayrı sahəyə cavabdeh olacaq”.

O bildirib ki, İsgəndər Cavadov region futboluna cavabdehlik daşıyacaq. Kazbek Tuayev veteranlarla işbirliyindən məsuldur. Zaur Axundov futzala, Rauf Əliyev isə uşaq futboluna nəzarət edəcək.

Vaqif Sadıqov məşqçilər və klublarla işbirliyi edəcək. Elşad Nəsirov milli komandalara nəzarət edəcək. Firudin Qurbanov tələbə, məktəbli futbolunda, Elmar Məmmədyarov isə beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərəcək”.

E.Məmmədov bildirib ki, “Futbol hər yerdə” layihəsi çərçivəsində bölgələrdə yeni mini-futbol meydançaları qurulacaq. İcraçı vitse-prezident 50-dək belə meydançaların salınacağını və idman müəllimi ilə sıx əməkdaşlıq ediləcəyini vurğulayıb.//oxu.az

Son xəbərlər