Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

AFFA-nın Seçki Konfransı başladı - YENİLƏNİB

28.01.2020 11:51 3 397
AFFA-nın Seçki Konfransı başladı - YENİLƏNİB
Yanvarın 28-də AFFA-nın növbəti konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.

AFFA-nın nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən, Rövnəq Abdullayevin qurumun prezidenti vəzifəsinə namizədliyini irəli sürülüb.

İsgəndər Cavadov, Kazbek Tuayev və Elxan Məmmədovun AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən təqdim olunub. Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov namizədliyi irəli sürülüb. Firudin Qurbanov, Mahir Məmmədovun namizədliyini Sahə Futbol Federasiyaları İctimai Birliyi, Elmar Məmmədyarov və Könül Mehtiyevanin namizədliyini isə İctimai Futbol Təşkilatları İctimai Birliyi təqdim edib.

***

Bu gün AFFA-nın növbəti Konfransı keçiriləcək.

Median.Az
xəbər verir ki, “Bulvar” hoteldə baş tutacaq konfransda AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, İcraiyyə Komitəsinə seçki keçiriləcək.

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə təklif olunub.

İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:

Regional Futbol Federasiyaları İctimai Birliyi – üç yer

1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən

2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən

3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Peşəkar Futbol Liqası İctimai Birliyi – beş yer

1. Zaur Axundov – “Keşlə” FK tərəfindən

2. Rauf Əliyev – “Səbail” FK tərəfindən

3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən

4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən

5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – iki yer

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən

2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – iki yer

1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən

2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

Bundan əlavə, konfransda AFFA prezidenti postuna da seçki olacaq.

AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.скачать dle 11.3
Mojo.az Banner