Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nərminin anası: “Qızım deyirdi ata səni dünyada tanıdacam”- VİDEO

17.01.2020 23:06 1 805
Nərminin anası: “Qızım deyirdi ata səni dünyada tanıdacam”- VİDEO
“Nərmin həmişə deyirdi ki, ata idmançı olacam və səni bütün dünyaya tanıdacam”

Bu fikirləri Baku.ws-in bölgə muxbirinə qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılova bildirib.

“Sonuncu dəfə uşağımı məktəbə yola salmışam. Noyabrın 21-i gördüm. Üzündən öpdüm getdi məktəbə. Atasını dünyada tanıtdıracaqdı sonu belə oldu”.

Aynrə İsmayılova media qurumlarında yazılan məlumatlarada münasibət bildirib. Xüsusən evlə təmin olunması ilə bağlı fikirlərinə aydınlıq gətirib.

“Mən uşağımın adından istifadə edib mənzillə təmin olunmağımı istəməmişəm. Xahiş edirəm bizim barəmizdə bilib-bilmədən boş, əsassız fikirlər yazmasınlar. Mənim evim var. Lakin uşağımın qatili olan şəxs yaxınlığımızda yaşayır. Digər bir tərəfim də qəbristanlıqdır. Qızımın məzarı da oradadır. Mənim Nərmindən başqa iki qızım var. Onlar uşağımın cəsədi olduğu yeri görür və gəlib deyir ki, o ərazidən keçə bilmirik. Uşaqlarımla bərabər yoldaşım da o ərazidən keçə bilmir. Dondar olmasın başqa bir kənd olsun. Mən dövlətimdən buna görə ev istəmişəm. Bunu böyüdüb bizə daha çox ağrı vermək düzgün deyil”.

Son xəbərlər