18:50 AZAL-ın Bakı–Tbilisi reysləri aeroportun I terminalından həyata keçiriləcək  |     18:46 "İstanbul NS" klinikasının külli miqdarda borcu üzə çıxdı  |     18:45 Keçmiş əri tərəfindən bıçaqlanan TƏBİB əməkdaşı evə buraxılıb  |     18:38 Baş Prokurorluq plastik cərrahdan şikayət edən şəxsin iddialarına cavab verib  |     18:30 Bakıda qucağında azyaşlı maşın sürən şəxs qəza törədib, uşaq ölüb - YENİLƏNİB  |     18:23 Naxçıvanda bu hakim vəzifəsindən azad ediləcək  |     18:17 Qadın beyin əməliyyatı zamanı klarnet çaldı  |     18:11 Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA  |     18:04 Azərbaycanda iş vaxtları dəyişdirilir - Tıxaclar azalacaq?  |     17:58 Oktyabrın pensiya ödənişi yekunlaşdı  |     17:50 Azərbaycanda 4-cü kurs tələbəsi vəfat edib  |     17:43 Avropada etil spirti qadağan edilə bilər  |     17:38 Tovuzda qadın heyvan üçün istifadə olunan dərmandan zəhərləndi  |     17:25 Yük maşınındakı meyvələr yola dağıldı - VİDEO  |     17:07 Sumqayıtda təcili yardım həkimlərinin iynə vurduğu kişi ÖLDÜ (Yenilənib)  |     17:05 Çayı üzərək Azərbaycana keçən İraq vətəndaşı həbs edilib  |     16:42 Bakı-Qəbələ-Bakı qatar marşrutuna reyslər əlavə ediləcək  |     16:24 Terrorçuluq barədə yalan məlumat verdiyi üçün DTX-nin həbs etdiyi şəxsin məhkəməsi başlayıb  |     16:02 Məhkəmə Ruben Vardanyanın vəkildən imtinası barədə vəsatətini təmin edib  |     15:47 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |    

Nərminin nənəsindən sensasion açıqlama: “QIZIM DA, KÜRƏKƏNİM DƏ GÜNAHKARDIR, İLKİN İSƏ…”

"Qatilin tezliklə öz cəzasına çatmasını istəyirəm”.

Median.Az
xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova deyib. O, qətldə şübhəli bilinərək hazırda barəsində həbs qətimkan tədbiri seçilən İlkin Süleymanovun kifayət qədər normal ailədən olduğunu deyib:

"Onlar təmiz və ziyalı ailədir. Amma yenə də ekspertizanın cavabını gözləyirik. Ən böyük istəyim qatilin düzgün müəyyən edilməsi və cəzalandırılmasıdır”.

Minayə İsmayılova Nərminin qətlindən sonra qızı və kürəkəni ilə münasibətləri kəsdiyini deyib. O, nəvəsinin ölümündə qızı və kürəkəninin də günahı olduğunu iddia edib:

"Qızım uzun müddət İlkinin yeznəsi işləyən kafedə işləyib. Dəfələrlə kürəkənim Şərifin İlkinin yeznəsi İbişlə mübahisələri düşüb. Hətta İbişi bıçaqlamaq istəyib. 3-4 ay əvvəl qızım mənə zəng etdi ki, Şərif məni öldürmək istəyir. Getdim ki, Şərif kafenin ətrafında əlində bıçaq gəzişir. Dedim nə məsələdir, qızımla nə işin var? Dedi ki, qızınla deyil, İbişlə işim var. Sonra oradan uzaqlaşdı. Şərifi polis şöbəsinə də şikayət etmişdim. Kürəkənim qızımın həmin kafedə işləməsini istəmirdi. Dəfələrlə eşitmişəm, deyirdi ki, İbişi öldürəcəyəm. Nərminin başını da elə onlar – ər-arvad yedilər. Nə qızımla, nə də kürəkənimlə münasibətim var. Gediş-gəlişimiz yoxdur. Qızım dəfələrlə məni təhqir edib. O uşağın əziyyətini mən çəkmişəm. Kafelərdə işləyə-işləyə, əlim sularda, kirayələrdə qala-qala zülmlə Nərmini böyütmüşəm. Elə saxlamışam o qızı… İndi də yanıb-tökülürəm. O uşağa heyfim gəlir, balam yazıq oldu. Deyirəm ki, niyə o günə qoydunuz o uşagı? Nərmin qızımın qayınanasının evindən çıxmayıb. O uşağın ölümünə görə onları danışdırmıram, evimə də buraxan deyiləm. Qızım evində otursaydı, Nərmin belə olmazdı. Hər gün əri ilə işləməyin üstündə dava idi. Hələ indi də iş davası edir. Uşağı ölüb, iş və ev davası edir. Sən niyə Bakıdan ev istəyirsən? Mənim uşağım olmayandan sonra evim heç olmasın. Neynirəm, uşaqsız o evi? Qızım da olsa, sözün düzünü, ümumiyyətlə, kimin nəyi varsa, üzünə deyirəm”.

Xatırladaq ki, Nərminin qətlində ittiham olunan İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb. İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 744 28.01.20 23:40