Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda çoxlu adama "xərçəng" diaqnozu qoyan həkimlər həbs olunub

16.01.2020 11:57 1 994
Azərbaycanda çoxlu adama
Azərbaycanın cənub bölgəsində yaşayan onlarla adam onkoloji xəstə olmadığı halda, bu xəstəliklə təqaüdə çıxarılıb. Bu məsələ ilə əlaqədar xeyli adam həbs olunub.

Median.Az
Bizimyol.info-ya istinadən xəbər verir ki, həbs olunanlar arasında Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi Əli Əliyev, bu xəstəxananın həkim-onkoloqları İlyas Səmədov, Muştaba Dədəcanov, xadimə Sələmə Mirzəyeva, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimləri Hüsaməddin Əlicanov və Fərid Məmmədov, Lənkəranın Aşağı Nüvədi və Masallının Xırmandalı kəndlərində yaşayan İsrafil Tağıyev, Musa Əliyev də var.

İttihama görə, Sələmə Mirzəyevanın rəsmi işi xadiməlik olsa da, əslində, kompüter mütəxəssisi kimi fəaliyyət göstərib. Əlillik dərəcəsi almaq və ya dərəcəni dəyişmək istəyən və bu məqsədlə pul vermək istəyən adamları da o tapıb, sənədləri özü hazırlayıb. Söhbət adamlara onkoloji xəstəlikdən əziyyət çəkmələri, onlara təqaüd verilməsi üçün əsas yaradan sənədlərdən gedir.

Psixiatriya xəstəxanasının həkimləri də belə “müştərilər” tapıb vasitəçilik etməkdə ittiham olunur.

Sələmə Mirzəyeva istintaqda əvvəlcə baş həkimin bundan xəbərsiz olduğunu desə də, sonradan Əli Əliyevin əleyhinə ifadə verib. Sələmə Mirzəyevanın sözlərinə görə, pensiya almaq istəyənlərdən təxminən 2-3 min pul, yaxud da o dəyərdə əşya, əmlak (torpaq sahəsi) alıb, gətirib baş həkimə çatdırıb. Baş həkim də pulun əsas hissəsini özü götürüb, hər adama görə 100-200 manat da ona verib. Bu pulun müqabilində əlillik dərəcəsi almaq istəyən şəxs üçün 088№li forma üzrə saxta göndərişləri kompüterdə çap edib, Tibbi-Sosial Ekspert Komissiyasına göndəriblər.

Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının sabiq baş həkimi Əli Əliyev isə deyir ki, keçmiş içşisi Sələmə Mirzəyeva ona böhtan atır. Onun sözlərinə görə, Sələmə Mirzəyeva onu şərləməklə məsuliyyətdən yayınmaq istəyir: “Mən maxinasiyalarda iştirak etsəydim, yalançı xəstələri qeydiyyat jurnalına salardım, onlar üçün xəstəlik tarixləri açardım, lazım olan sənədləşmə işlərini aparardım, heç kim də heç bir irad tuta bilməzdi, işlərin üstü açılmazdı.

Sələmə Mirzəyeva isə bildirir ki, baş həkim əvvəlcə ondan adını çəkməməsini istəyib, söz verib ki, onu həbsdən qurtaracaq: “İfadə verməliydim ki, xəstələri əməliyyat etdiyi üçün özünün vaxtı olmadığına görə elektron imzanı mənə vermişdi”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Lənkəran Regional Onkologiya Xəstəxanasının sabiq baş həkimi Əli Əliyev 9 il, xadimə Sələmə Mirzəyeva 8 il 3 ay, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimi Fərid Məmmədov 8 il 6 ay, kənd sakinlərindən İsrafil Tağıyev 9 il, Musa Əliyev isə 8 il 3 ay azadlıqdan məhrum edilib. Onlar rüşvət alma, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə təqsirli biliniblər.

Onkologiya Xəstəxanasının iki həkimi İlyas Səmədov və Müştaba Dədəcanov CM-in 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddəsilə təqsirli bilinib və onlara 2 il şərti cəza təyin edilib.

Lənkəran rayonlararası Psixiatriya Xəstəxanasının həkimi Hüsaməddin Əlicanov rüşvət alma, vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinsə də, 72 yaşı olması nəzərə alınaraq, ona da 8 il 6 ay şərti cəza verilib.

Şirvan Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Son xəbərlər