Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı

14.08.2025 22:30 657
Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı
Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi ilə birgə məhkum edilən xadimə Səlimə Mirzəyeva vaxtından əvvəl həbsdən azad olunub.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseyn belə qərar qəbul edib.

Xanım məhkum 8 illik cəzasının yarıdan çoxunu çəkməsinin, cəzaçəkmə müəssisəsinin müsbət rəyinin nəzərə alınmasını əsas gətirərək həbsdən azad edilməsini istəyib.

Yuxarı instansiya məhkəməsi ərizənin təmin edilməməsi üçün heç bir əsas görməyib. Qərara əsasən, xadimə azadlığa buraxılıb. S.Mirzəyevə cəza müddəti tam bitənə qədər məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda olacaq.

Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülən məhkum qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlər çərçivəsində müəssisədən kənarda ola bilir.

Xatırladaq ki, xəstəxanada xadimə işləmiş S.Mirzəyeva baş həkimin göstərişi ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib və digər həkimlərlə birlikdə xəstələrdən rüşvət alınmasında iştirak edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə baş həkim və digər təqsirləndirilən şəxslər də 9 ilə qədər həbs cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner