Mojo.az Banner
18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |     22:39 Sumqayıtda evdə yanğın - Video  |     22:32 Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi  |     22:25 Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video  |     22:20 Can Kolukısa vəfat etdi  |     22:08 Keçəl olan şəxslərin NƏZƏRİNƏ!  |     22:00 Azərbaycanlı milyarderin sərvəti 1,41 milyard dollar azalıb  |     21:54 Mexaniklər ən yaxşı 5 ailə avtomobilini açıqladı  |     21:45 Yay depressiyası niyə yaranır? - Psixoterapevt açıqladı  |     21:37 İspaniya miqrantlara görə dənizdə maneə inşa edir  |     21:31 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     21:09 Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?  |     21:05 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi  |     20:59 Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir  |     20:50 Sənur Əzizov həbs edildi  |     20:44 Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi  |     20:40 Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı  |    
Left Banner
Right Banner

Ən ziyanlı xalq təbabəti vasitələri - Tanınmış həkimdən XƏBƏRDARLIQ

09.01.2020 21:08 3 671
Ən ziyanlı xalq təbabəti vasitələri - Tanınmış həkimdən XƏBƏRDARLIQ
Tanınmış rusiyalı həkim, "O samom qlavnom" verlişinin aparıcısı Aleksandr Myasnikov ən faydasız və ziyanlı xalq təbabəti vasitələri haqqında danışıb.

Həkim qeyd edib: "Əslində mən xalq təbabəti vasitələrinin əleydarı deyiləm. Xalq təbabəti əsrlərin təcrübəsidir".

Median.Az saglamolun.az-a istinadən bildirir ki, Myasnikovun sözlərinə görə, həqiqətən ziyansız və effektli xalq təbabəti vasitələri ilə yanaşı təhlükəli vasitələr də mövcuddur ki, onlardan uzaq durmaq lazımdır.

Bu vasitələrdən biri soğan və sarımsaq suyundan hazırlanmış "burun damcıları"dır. Bu vasitələrdən zökəm zamanı istifadə olunur. Lakin həkim qeyd edib ki, bu damcıların təsirindən burun axması daha da artacaq, həm də onlar burunun selikli qişasını yandırır. Həkim zökəm zamanı adi duzlu sudan istifadə etməyi tövsiyə edib.

Həkimin fikrinə görə, digər ziyanlı xalq təbabəti vasitəsi kələm şirəsidir. Xalq təbabətində kələm şirəsi bəzən mədə xorası və qastritin müalicəsində istifadə olunur. Lakin həkim xəbərdarlıq edir ki, bu 2 xəstəliyin səbəbi xelikobakter pilori bakteriyasıdır ki, bu bakteriyanı yalnız antibiotiklərin köməyi ilə müalicə etmək mümkündür. Həmçinin kələm şirəsi çətin həzm olunur və köpə səbəb olur.

Xalq təbabəti bağırsaq qurdları zamanı südlü-sarımsaqlı imalələrdən ("klizma") istifadə etməyi tövsiyə edir. Südə sarımsaq sıxılır və maye düz bağırsağa yeridilir. Həkimin sözlərinə görə, qurdlar tək yoğun bağırsaqda deyil, həzm sisteminin digər hissələrində də yaşayır ki, klizma bu hissələrə təsir etmir. Həmçinin belə klizmalar çox ciddi ishala səbəb ola bilər.скачать dle 11.3
Mojo.az Banner