Mojo.az Banner
14:40 Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb  |     14:39 300 min manatlıq dələduzluğa görə tutulan ehtiyatda olan mayora hökm oxunub  |     14:23 Vüsal Şilderin qətli ilə bağlı iş məhkəməyə göndərildi  |     13:26 Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı  |     13:14 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO  |     13:00 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb  |     12:48 Dünya Bankı Azərbaycana qrant ayırdı  |     12:23 Dünya birjalarında neft bahalaşır: Son qiymətlər açıqlandı  |     12:14 Bəzi rayonlarda iki gün qaz olmayacaq  |     12:06 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var  |     11:56 Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır? - Valideynlərə vacib tövsiyə  |     11:38 Rusiyada əmək miqrantları üçün qaydalar SƏRTLƏŞDİRİLDİ  |     11:37 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü  |     11:36 Şahbuzda avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu  |     11:35 Mirzoyan Ermənistandan Azərbaycan sərhədinə gedən dəmir yolu ilə bağlı danışdı  |     11:29 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     11:28 Estoniyada həyəcan siqnalı: NATO qırıcıları PUA-lara görə işə düşdü  |     11:13 Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər  |     23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |    
Left Banner
Right Banner

Xalq təbəbəti üsulları ilə qurdlarla mübarizə

05.10.2021 23:40 1 764
Xalq təbəbəti üsulları ilə qurdlarla mübarizə
Uşaqlar arasında qurd xəstəliklərinə olduqca tez-tez təsadüf edilir.

Qurdları aşkar etmək çox da asan iş deyil. Müəyyən fasilələrlə 3 dəfə nəcis analizi verilməlidir. Bundan əlavə ümumi qan analizi də verilməlidir. Qanda eozinofil hüceyrələrin artması uşaqda qurdların olmasına işarə edə bilər. Lakin hətta bu analizlər də 100% dəqiq nəticə verməyə bilər.

Qurdlarla mübarizədə istifadə olunan bir çox dərman preparatları orqanizmə toksik təsir edir. Bu səbəbdən qurdlarla mübarizə apardıqda ilk növbədə xalq təbabəti üsullarına üz tutmaq (təbii ki, həkimlə məsləhətləşdikdən sonra), bu vasitələr kömək etmədikdə isə dərmanlardan istifadə etmək olar.

Nəzərinizə çatdıraq ki, xalq təbabəti üsulları qurdalarla mübarizədə çox effektlidir. Ənənəvi farmasevtik sənayəsi bu üsulların bir çoxlarını qurdlar əleyhinə olan dərmanların istehsalı zamanı geniş istifadə edir.

Beləliklə,

1. Balqabaq tumaları qurdlarla mübarizədə və profilaktik məqsədi ilə geniş istifadə olun vasitədir. Hər gün uşağa 1 ovuc təmizlənmiş (tumun üzərində yaşıl pərdə qalmalıdır) balqabaq tumları vermək lazımdır. Tumlar çox dadlı və xeyirlidir. Belə dadlı müalicə istənilən müddət ərzində davam oluna bilər.

2. Yovşan otu digər təsirli vasitədir. 1 xörək qaşığı otun üzərinə 1 litr qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin və süzün. Dəmləmə gün ərzində 3 dəfə 2 xörək qaşığı olmaqla yeməkdən 20 dəqiqə əvvəl qəbul olunur. Müalicə 5 gün ərzində davam edir. Növbəti 2 həftə ərzində uşağa həftədə 2 dəfə olmaqla dəmləməni vermək lazımdır. Bu otun çox acı dadı var və bu səbəbdən uşaq ondan imtina edə bilər. Qurdqovucu təsirindən əlavə yovşan otu yaxşı iştahanı artırır.

3. Yaşıl (kal) qoz da qurdqovucu effektinə malikdir. 3 xörək qaşığı xırda doğranmış qozun üzərinə 1 stəkan qaynar su əlavə edin, 1 saat ərzində dəmləyin və süzün. Uşağa gündə 3 dəfə 1 xörək qaşığı dəmləməni verin. Müalicə kursu - 2 həftə.

4. Razyana toxumları qidalara, salatlara əlavə etmək, dəmləmə şəklində qəbul etmək (1 xörək qaşığı + 1 stəkan qaynar su) olar.

5. Soğan və sarımsaq çox təsirli qurdqovucu vasitələrdir. Sarımsağı çiy vəziyyətdə salatlara və qidalara əlavə etmək olar. Gündə 1 dəfə olmaqla 1/2 diş sarımsağı çox xırda doğrayın, 1 çay qaşığı balla qarışdırın və uşağa verin. Müalicə kursu - 2 həftə.скачать dle 11.3
Mojo.az Banner