20:55 KİV: HƏMAS Qəzzada atəşkəsi pozub  |     20:48 Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." - Müsahibə  |     20:40 Fəzail Ağamalıdan İTTİHAM: "Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir" - Nikahdankənar oğul məsələsi BÖYÜYÜR  |     20:32 Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 15 nəfər sakin təxliyə olunub  |     20:24 Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur  |     20:15 Ukrayna işıqsız qala bilər - XƏBƏRDARLIQ  |     20:09 Kişilərin əksəriyyəti BU BÜRCLƏRİN qadınlarına aşiq olur  |     19:59 Donuz əti xərçəng yaradır — Britaniyada bekon və vetçinaya qadağa tələbi  |     19:54 Qapını kəsib huşsuz vəziyyətdə olan qadını xilas etdilər - Video  |     19:37 BMCMİ dabaq əleyhinə saxta dərman hazırlayanları saxladı - Video  |     19:00 Vyetnamda tarixi şəhərlər su altında qaldı - Fotolar  |     18:46 Odunla dolu yük maşını aşdı - Xəsarət alanlar var  |     18:39 Həmin şiddət görüntülərinə görə saxlanıldı - Foto  |     18:32 Milyonçu qardaşların işində yenilik  |     18:21 Nikahdankənar oğlu olan Fəzail Ağamalı: "Şəxsi həyatımın heç kimə aidiyyəti yoxdur"  |     18:00 Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO  |     17:52 Tanınmış rusiyalı aktyor 40 yaşında vəfat etdi  |     17:36 Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin aparılması qaydası təsdiqləndi  |     17:33 Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı  |     17:32 Pakistan Hindistanla sərhəddə hava məkanını bağladı  |    

Dövlət Komitəsi 10 yaşlı Nərminin qətli ilə bağlı məlumat yaydı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyeva ilə bağlı məlumat yayıb.

Komitədən bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar tərəfindən araşdırılma aparılır:

“Bildirmək istəyirik ki, hadisə ilə bağlı bütün lazımi və təxirəsalınmaz tədbirlər görüləcək, cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, eləcədə cinayətkarın öz layiqli cəzasını alması üçün bütün addımlar atılacaq.

Baş vermiş hadisə bir daha valideynlərin yetkinlik yaşına çatmayan uşaqları ilə münasibətdə daha da məsuliyyətli olmasının vacibliyini ortaya çıxardır. Komitə valideyn məsuliyyətini bir daha vurğulayaraq, valideynlərə uşaqlara nəzarətin artırılmasını, onlarla mümkün qədər çox ünsiyyətdə olmalarını, övladlarının davranışlarını daim nəzarətdə saxlamalarını, eyni zamanda valideynlərə öz uşaqlarına qarşı məsuliyyətli, həssas və qayğılı olmalarını tövsiyə edir”.

“Bir daha qeyd edirik ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən zorakılığı törədənlər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək”, - deyə qurumdan qeyd edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 498 07.01.20 17:54