Mojo.az Banner
20:12 Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?  |     20:07 Sabah hava necə olacaq?  |     20:00 32 il görmədiyi atasını Bakıda tapdı: Studiyadakı görüş hər kəsi kövrəltdi (VİDEO)  |     19:54 Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı  |     19:47 Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı  |     19:42 Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir  |     19:34 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika  |     19:29 "OpenAI"ın baş alimindən xəbərdarlıq: "Gələcəyə nəzarəti insanların əlində qalmalıdır"  |     19:21 Subay kişilər daha sürətli qocalır?  |     19:16 “Mannhaim Travel”in direktoru vətəndaşları xaricdə iş vədi ilə aldadıb pullarını ələ keçirdi  |     19:10 Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi  |     19:03 Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ  |     18:56 Macarıstan 10 rus diplomatını ölkədən çıxarır  |     18:50 AFFA 4 klubu cərimələdi  |     18:42 Fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq  |     18:37 Bu sahədə qızlar oğlanları üstələdi - Azərbaycanda ilk  |     18:30 Bu şəxslər pensiya ala bilməyəcək  |     18:24 Küləkli havada 4 nəfər xəsarət alıb  |     18:15 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     18:09 Xırdalanda daş sexinin fəaliyyətindən NARAZILIQ - VİDEO  |    
Left Banner
Right Banner

Hərbi mənbədən təhlükəli AÇIQLAMA: “Top” Tehrandadır, cavablarını gözləyirik

04.01.2020 14:11 1 342
Hərbi mənbədən təhlükəli AÇIQLAMA: “Top” Tehrandadır, cavablarını gözləyirik
ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” bölməsinin komandanı Qasım Süleymaninin öldürülməsi əmrini iki ay öncədən verə bilərdi.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə “Politico” nəşri Pentaqonun yüksək rütbəli əməkdaşına istinadən yazıb.

Nəşr son iki ayda ABŞ-ın İraqdakı bazalarına raket zərbələrinin çoxaldığına diqqət çəkib.

Qeyd olunub ki, Prezident Tramp məhz buna görə Pentaqona Q.Süleymaninin tez bir zamanda öldürülməsi də daxil olmaqla geniş fəaliyyət azadlığı verib.

Hərbi səlahiyyətli şəxslərdən biri deyib ki, Yeni il tətilindən öncə onlara Q.Süleymaninin öldürülməsi ilə bağlı icazə verilib.

Bununla belə o, müvafiq əmrin konkret nə zaman verildiyini dəqiqləşdirməyib.

Mənbə İranın mümkün cavab tədbirləri barədə də danışıb. O bildirib ki, hazırda “top” Tehran tərəfindədir.

“Biz onların cavabını gözləyirik”,-deyə mənbə əlavə edib.

Qeyd edək ki, Pentaqon yanvarın 3-də Bağdad hava limanının yaxınlığında Q.Süleymaninin raket zərbəsi ilə öldürüldüyünü bəyan edib.

ABŞ Müdafiə Nazirliyi əmrin Donald Tramp tərəfindən verildiyini və Konqresə əvvəlcədən xəbərdar edilmədiyini bildirib.скачать dle 11.3
Mojo.az Banner