Bu sahədə qızlar oğlanları üstələdi - Azərbaycanda ilk
Azərbaycanda riyazi savadlılıq üzrə ilk dəfə qızlar oğlanları üstələyib.
"Unikal"ın məlumatına görə, bunu PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə dair təqdimatla çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, cinslərarası ən böyük fərq qızların xeyrinə (36 bal) olmaqla oxu savadlılığı üzrə qeydə alınıb:
"Lakin qızların oxu savadlılığı belə baza səviyyəsindən aşağıdır. Yəni oxuyub anlamama problemi var. Təbiət elmləri üzrə Azərbaycanda qızlar oğlanlardan daha öndədir. Amma burada əsas sual oğlanların tədrisi, təhsili ilə bağlıdır".