Subay kişilər daha sürətli qocalır?
ABŞ-nin Çepmen və Kaliforniya (UCLA) universitetlərinin alimləri ailə vəziyyətinin insan orqanizminin bioloji yaşına təsirini araşdırıblar.
"Frontiers in Aging" jurnalında dərc olunan tədqiqat maraqlı nəticələr ortaya qoyub: heç vaxt evlənməmiş kişilər evli həmkarları ilə müqayisədə bioloji olaraq daha tez qocalırlar.
Alimlər ABŞ-də yaşayan 762 nəfərin (382 kişi və 380 qadın) DNT metilləşməsini - genlərin fəaliyyətinə təsir edən kimyəvi dəyişiklikləri təhlil ediblər. Əldə olunan göstəricilər (GrimAge və DunedinPACE) orqanizmin real bioloji yaşını və qocalma tempini müəyyən etməyə imkan verib.
Nəticələrin dəqiqliyi üçün iştirakçıların yaşı, təhsili, bədən kütlə indeksi, zərərli vərdişləri və irqi kimi bir çox amillər də nəzərə alınıb.
Kişilər üçün risk daha yüksəkdir: Ən kəskin fərq hiç evlənməmiş kişilərdə qeydə alınıb. Onların bioloji qocalma tempi evlilərlə müqayisədə nəzərəçarpan dərəcədə yüksəkdir.
Qadınlarda fərq yoxdur: Ailə vəziyyətinin qadınların bioloji qocalma sürətinə hər hansı kəskin təsiri aşkarlanmayıb. Qeyd olunur ki, evlilik qoruyucu rola malikdir. Evli olmaq, boşanmış və ya ayrı yaşayan insanlarla müqayisədə də qocalma tempini ləngidir.
Tədqiqatçılar vurğulayırlar ki, bu araşdırma birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin ehtimal olunur ki, sosial dəstək, psixoloji stress və gündəlik həyat tərzi bu fərqin yaranmasında əsas rol oynayır.
Alimlərin fikrincə, tədqiqatın əsas sürprizi ailə statusunun yalnız kişilərin qocalma prosesinə bu qədər güclü təsir göstərməsidir.
//unikal.az