Mojo.az Banner
19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |     19:04 Sabah hava yağmursuz keçəcək  |     18:59 Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO  |     18:52 Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq  |     18:47 Bir ovucla başlayır, paketlə bitir: "Semiçka" niyə bu qədər cəlbedicidir?  |     18:39 Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB  |     18:33 Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...  |     18:25 Bu bürclər işdə uğur qazanacaq - Maaşları artacaq  |     18:18 Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olundu  |     18:04 İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı  |     18:01 XİN Qara dənizdə yük gəmisinin dron hücumlarına məruz qalması ilə bağlı məlumat yaydı  |     17:52 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi  |     17:51 Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"  |     17:42 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldülər  |     17:40 Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödəniləcəyi vaxt açıqlandı  |     17:14 Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB  |     15:57 Bu atları saxlayanlara 1000 manat veriləcək  |    
Left Banner
Right Banner

Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı

08.09.2026 19:47 141
Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı
Yaxın günlərdə Yer kürəsində geomaqnit aktivliyin artacağı və zəif, eləcə də orta səviyyəli maqnit qasırğalarının baş verəcəyi gözlənilir.

Britaniya Geoloji Xidməti sentyabrın 5-6-da Günəşdə baş verən bir neçə tac kütləsi atılmasının yaxın günlərdə Yerə təsir göstərə biləcəyini açıqlayıb.

Proqnoza görə, sentyabrın 8-də G1 səviyyəli zəif maqnit qasırğası ehtimal olunur. Buna Günəş küləyinin kiçik tac dəliyindən yüksək sürətlə axması, eləcə də iki plazma atılmasının Yerə qismən təsir göstərməsi səbəb ola bilər.

Sentyabrın 9-u isə geomaqnit aktivliyin ən yüksək həddə çatacağı gün kimi qiymətləndirilir. Sentyabrın 6-da baş vermiş daha bir tac kütləsi atılmasının həmin gün Yerə çatacağı və nəticədə G2 səviyyəli, yəni orta güclü maqnit qasırğasının yaranacağı gözlənilir.

Sentyabrın 10-dan etibarən geomaqnit aktivliyin tədricən azalacağı bildirilir. Bununla belə, bəzi dövrlərdə G1 səviyyəli qasırğaların davam etməsi mümkündür.

G2 səviyyəli maqnit qasırğası orta güclü hesab olunur. Belə hallar zamanı peyklərin fəaliyyəti, radio rabitəsi və naviqasiya sistemlərində müəyyən problemlər yarana bilər. Həmçinin qütb parıltılarının daha cənub ərazilərdən müşahidə olunması mümkündür.

Mütəxəssislərin məlumatına görə, G2 səviyyəli maqnit qasırğası insanların böyük əksəriyyəti üçün ciddi təhlükə yaratmır. Lakin hava dəyişikliklərinə həssas insanlar baş ağrısı, yorğunluq və yuxu pozuntusu kimi hallar hiss edə bilərlər.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner