Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Maqnit qasırğasının güclənəcəyi gözlənilir

02.01.2026 14:10 774
Maqnit qasırğasının güclənəcəyi gözlənilir
2026-cı ilin ilk günlərində Yer kürəsində kiçik maqnit qasırğası başlayıb və prosesin yanvar ayında davam edəcəyi gözlənilir.

Median.Az
-ın Unian.net-ə istinadən xəbərinə görə, bu barədə Britaniya Geoloji Xidmətindən məlumat verilib.

Xəbərdə bildirilir ki, 2 və 3 yanvar tarixlərində planetimiz dekabrın 31-də Günəşdə baş verən tac kütləsinin atılmasının təsiri altında qalacaq. Bu, geomaqnit aktivliyinin daha da artmasına səbəb olacaq.

Proqnoza görə, 2 yanvarda və yaxın günlərdə aktiv və qasırğalı G1 səviyyəli dövrlər gözlənilir. Bundan əlavə, qısamüddətli G3 səviyyəli maqnit qasırğalarının baş verməsi ehtimalı da var.

G3 yüksək geomaqnit dalğalanmaları kateqoriyasına aid edilir və güclü Günəş plazması emissiyaları səbəbindən yaranır.

Belə dövrlərdə maqnit sahəsi dalğalanmaları əhəmiyyətli dərəcədə artır ki, bu da peyk naviqasiyasında, radio rabitəsində və elektrik şəbəkələrində pozuntulara səbəb ola bilər.

Yüksək enliklərdə tez-tez parlaq qütb parıltıları müşahidə olunur və hətta bu halın nadir hesab edildiyi bölgələrdə belə görünə bilər.

G3 maqnit qasırğaları insanlarda başağrısı, güclü yorğunluq və arterial təzyiqinin dəyişməsi kimi sağlamlığın pisləşməsi hallarına səbəb ola bilər. Mütəxəssislər belə günlərdə yüklənməni azaltmağı, daha çox istirahəti və kosmik hava proqnozlarını izləməyi tövsiyə edirlər.скачать dle 11.3
Mojo.az Banner