Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gün geomaqnit qasırğası gözlənilir - YENİLƏNİB

06.11.2023 11:47 1 095
Bu gün geomaqnit qasırğası gözlənilir - YENİLƏNİB
Ötən üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olub, bir neçə M sinif impulsiv alışma baş verib.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatda deyilir.

Qeyd edilir ki, Günəş küləyi parametrlərinin güclənməsi müşahidə olunub. 2-3 noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində planetlərarası maqnit sahəsi normadan iki-üç dəfə yüksək olub. Günəş küləyinin sürəti 517 km/saata kimi artıb, sonradan 460-480 km/saata qədər azalıb.

“Noyabrın 6-da TKA-nın təsirinin davam etməsi səbəbindən G1 (mülayim) səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər. Yuxarı en dairələrində isə G2 və G3 səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Sonrakı iki gün ərzində də aktivliyin davam edəcəyi ehtimal olunur.

21-25 noyabr tarixləri üçün də G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 6-12 noyabr tarixlərində 2-5 intervalında dəyişəcək”, - kafedranın məlumatında deyilir.

* * * * *

Güclü maqnit qasırğası qəflətən Yer kürəsini bürüyüb.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat verib.

“Noyabrın 5-də günün ikinci yarısında geomaqnit sahəsində qeyri-sabitlik qeydə alınıb”, - deyə məlumatda qeyd olunur.

Kosmik hava monitorinqi məlumatlarına görə, Yerin maqnit sahəsində qeyri-sabitlik dərəcəsi sürətlə G3 səviyyəsinə yüksəlib, bu da elmi təsnifata görə güclü maqnit qasırğası deməkdir.

Qeyd olunur ki, bu səviyyədə bütün planetdə enerji sistemlərində problemlər, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallar və yağ transformatorlarının qaynaması müşahidə oluna bilər. Bundan əlavə, peyk və aşağı tezlikli radionaviqasiya və yüksək tezlikli radio rabitəsində fasilələr mümkündür.

“Orta enliklərdə qütb parıltısı müşahidə oluna bilər”, - deyə materialda qeyd olunub.

Mənbə: Gazeta.ruскачать dle 11.3
Mojo.az Banner