Mojo.az Banner
13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |     13:29 Xəzərdə zəlzələ oldu - FOTO  |     13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |    
Left Banner
Right Banner

Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı

08.09.2026 19:54 144
Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Fariza Ramaldanovanın cinayət işinə baxılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında müəyyən edilib ki, təqsirləndirilən şəxsin Azərbaycan dilini kifayət qədər bilməməsinə baxmayaraq, ibtidai araşdırma zamanı onun tərcüməçi ilə təmin olunması və prosessual sənədlərin bildiyi dilə tərcümə edilərək təqdim edilməsi təmin edilməyib.

Məhkəmə hesab edib ki, bu hallar təqsirləndirilən şəxsin müdafiə hüququnun, habelə məhkəmə icraatının aparıldığı dili bilməyən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulmasına səbəb olub. Bununla əlaqədar məhkəmə cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edib.

İttihama əsasən, 14 dekabr 2025-ci il tarixdə Qusar rayonu ərazisində Ramaldanova Farizanın idarə etdiyi avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iki sərnişin həlak olub, bir sərnişin isə sağlamlığına az ağır zərər vurmaya aid xəsarət alıb.скачать dle 11.3
Mojo.az Banner