Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“EuroHome”da aparılan tikinti-quraşdırma işlərinin dayandırılmasına qərar verildi - RƏSMİ

03.01.2020 17:21 2 214
“EuroHome”da aparılan tikinti-quraşdırma işlərinin dayandırılmasına qərar verildi - RƏSMİ
Qanunvericiliyin tələbləri pozulduğuna görə “EuroHome” tikinti materialları bazarında aparılan tikinti-quraşdırma işlərinin Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılmasına qərar verilib.

Bunu APA-ya FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev deyib.

O bildirib ki, Yanğın Təhlükəsizliyi Norma və Qaydalarına əməl olunmaması “EuroHome”da baş vermiş yanğın hadisəsinin qısa zaman kəsiyində geniş sahəyə yayılmasına, obyektin sahibinə və ticarət sahələrini icarəyə götürmüş şəxslərə külli miqdarda maddi ziyanın dəyməsinə səbəb olub.

E.Babayevin sözlərinə görə, digər yanğına qarşı tələblərlə yanaşı, Tikinti Norma və Qaydalarına uyğun olaraq, ölçüləri və təyinatı nəzərə alınaraq ayrı-ayrı ticarət sahələri vahid dam altında olduğu təqdirdə, onlar biri-birindən yanğına qarşı sədlərlə ayrılmalıdır ki, baş verən yanğın zamanı bir sahədən digər sahələrə yanğının yayılma ehtimalı minimum olsun.

Şöbə rəisi qeyd edib ki, bu normativ tələb obyektin layihə sənədlərində nəzərdə tutulmalı və inşası zamanı nəzərə alınmalı idi:

“Lakin Yanğın Təhlükəsizliyi haqqında Qanuna uyğun olaraq, obyektin sahibi tərəfindən layihə sənədləri yanğın təhlükəsizliyi baxımından ekspertiza olunması üçün DYNX-yə təqdim olunmayıb, tikintisi və istismarı Xidmətlə razılaşdırılmadan həyata keçirilib.

Həyatın hər sahəsində insan başına gələndən dərs çıxarırsa, bəlanın səbəbini analiz edib səhvlərini düzəldirsə, özünü növbəti bəlalardan mühafizə etmiş olur, riski minimuma endirir. “EuroHome”un misalında isə biz bu məntiqin əksinin şahidi olmaqdayıq.

Hazırda “EuroHome”un yanğından yararsız vəziyyətə düşmüş sahələrində tikinti-quraşdırma işləri aparılmaqdadır.

Hadisədən bir aydan az müddətinin keçməsinə baxmayaraq, baş vermiş yanğın hadisəsindən obyektin rəhbərliyi tərəfindən lazımi nəticə çıxarılmayıb, tikinti qanunvericiliyinə məhəl qoyulmadan, layihə sənədləri FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan təkrarən tikinti-quraşdırma işlərinə başlanılıb. Qanunvericiliyin tələbləri pozulduğuna görə obyektdə aparılan tikinti-quraşdırma işlərinin FHN tərəfindən dayandırılmasına qərar verilib”.

E. Babayev onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin tikintisi zamanı yanğın təhlükəsizliyi normalarına laqeyd münasibət göstərilib, normativ sənədlərin tələblərinə uyğun olaraq, yanğına qarşı sədlərlə ayrılmasına riayət olunmayıb.

Xatırladaq ki, ötən il dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və bir ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından üç ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin iki hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

Son xəbərlər