Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

“EuroHome”də malları yanan sahibkar: Bazarın 95 faizi yararsız hala düşüb

10.12.2019 18:24 1 681
“EuroHome”də malları yanan sahibkar: Bazarın 95 faizi yararsız hala düşüb
80 min manat dəyərində mallar yanıb-kül oldu. Heç yarısını da xilas edə bilmədim.

Bu sözləri bu gün “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğında malları yanan sahibkar Əhmədov Pərviz Fərmail oğlu deyib.

O bildirib ki, yanğın səhər saat 07:30-da başlayıb:

“Səhər yanğın başladığını eşitdik. Hamı öz malını xilas etməyə çalışırdı. Mənim 108 kvadratmetrlik mağazam və qarşısında mallar yığdığım 54 kvadratmetrlik həyət yanıb. Mallarım da məhv oldu. Yanğın birinci cərgələrdə kafel-metlax satılan dükandan başlayıb. Qısa zamanda külək yanğının bütün bazara yayılmasına səbəb olub”.

Sahibkar deyir ki, onunla bərabər, 150-dən çox dükan yanıb:

“Bazarın əsas hissəsi, mərkəzinin 95 faizə yaxın hissəsi yanıb, yararsız hala düşüb. Mağazaların çoxunun sığortası yoxdur. Amma mənim sığortam var. Hələ bilmirəm nə olacaq. Əsas yanan rezin turbalar, borular idi. Onları söndürmək çətin olduğu üçün yanğın daha geniş əraziyə yayıldı”.скачать dle 11.3

Son xəbərlər