Mojo.az Banner
SON DƏQİQƏ
17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |    
Mojo.az Avto
Mojo.az Avto

“EuroHome”un sahibi nazirin ittihamlarına cavab verdi: “Bizim günahımız yoxdur”

12.05.2020 19:16 1 633
“EuroHome”un sahibi nazirin ittihamlarına cavab verdi: “Bizim günahımız yoxdur”
“Axşam baş vermiş yanğında bizim günahımız yoxdur. Hazırda araşdırma gedir. Yəqin ki, hər şey bəlli olacaq”.

Bunu BakuPost-a açıqlamasında dünən axşam yanğın baş verən “EuroHome” tikinti materialları bazarının rəhbəri Samir Məmmədov deyib.

Onun sözlərinə görə, bazarda yanğından mühafizə olunmaq üçün bütün ehtiyat tədbirləri görülübmüş:

“Bazarda nə elektrik naqilləri işləyib, nə qaz olub. Belə olan halda yanğın necə baş verə bilər? Mühafizəçimizin sözlərinə görə, yanğın bazarın arxasında yerləşən “TIR parkı”ndan başlayıb. Çox güman ki, onun dedikləri təsdiqlənər. Hazırda burada ciddi araşdırmalar gedir. Bu dəqiqə mən Baş Prokurorluğun müstəntiqlərinə ifadə verirəm”.

İş adamı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun onu məsuliyyətsizlikdə günahlandırmasına da münasibət bildirib:

“Düzdür, cənab nazir bizi məsuliyyətsizlikdə ittiham edir. Amma biz yanğından mühafizə üçün lazım olan hər şeyi etmişdik və bu məsələni tam şəkildə, standartlara uyğunlaşdırmaq üçün şirkətlərlə müqavilə bağlamışıq. Dünən yanğının söndürülməsi üçün bazarda olan su ehtiyatından və digər köməkçi vasitələrdən istifadə olundu”.

Samir Məmmədov bazarın qəsdən yandırılması ilə bağlı iddialara da münasibət bildirib:

“Həmişə nəsə baş verəndə onunla bağlı müxtəlif versiyalar səsləndirilir. İndi də bazarın başqa yerə köçürülməsi, ard-arda böyük yanğınların baş verməsinin təsadüfi olmadığı ilə bağlı iddialar var. Mən bu barədə heç nə deyə bilmərəm. Biz öz işimizlə məşğuluq. Hazırda araşdırmalar davam edir. Taxta bazarının bir anda alışması, böyük yanğının baş verməsi təbiidir. Bu bazarda satılan məhsulların əksəriyyəti yanan materiallardır”.

Qeyd edək ki, ötən gün paytaxtın Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yenidən yanğın baş verib. Yanğın xüsusilə taxta, dik, boya, xırdavat materiallar satılan mağazaları əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi rəsmi məlumata görə, sahəsi təqribən 22500 kv.m.-ə yaxın olan bazarın 3300 kv.m. hissəsi yanıb. Hadisə yerinə nazirliyin, ümumilikdə, 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.скачать dle 11.3

Son xəbərlər