Mojo.az Banner
SON DƏQİQƏ
19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |    
Mojo.az Avto
Mojo.az Avto

“EuroHome”da malları yanan sahibkar: Bazarın yarısının sığortası yoxdur

10.12.2019 16:40 3 091
“EuroHome”da malları yanan sahibkar: Bazarın yarısının sığortası yoxdur
150 minlik ziyana düşdüm.

Bu sözləri yanğında ziyan görən sahibkarlardan biri Seymur Orucov deyib.

Onun sözlərinə görə, yanğın ilk olaraq kafel-metlax satılan dükanda başlayıb:

“Səhər saat 9 radələrində bildik ki, kafel-metlax satılan dükanlardan birində yanğın var. Tez Fövqəladə Hallar Nazirliyinə zəng etdik. Burada 100-dən çox mağazaya ziyan dəyib.

Mənim özümün 150 min manatlıq malım (dam örtükləri) yanıb-kül olub. İkimərtəbəli mağaza işlədirdim. Hər biri 72 kvadratmetr olan mağaza və 40 kvadratmetrlik həyət sahəsi yanıb. Bazarın yarısının sığortası yoxdur, eləcə də, mən də sığortalanmadım.

Nisyə dəftərim vardı. 50-60 minə yaxın alacaqlarım vardı, o dəftər də yandı. Bilmirəm kimdən nə alacam, nə qədər alacam. Heç kim bizə heç nə demir”.

Qeyd edək ki, bazarda yanğınla bağlı təhlükəsizlik siqnalları quraşdırılmayıb.
/oxu.az/скачать dle 11.3

Son xəbərlər