Mojo.az Banner
17:01 Alimlər narahatdır: Çirkli buz buzlaqların əriməsini sürətləndirə bilər  |     16:55 Ötən gün 2 avtomat, 1 tapança aşkarlanıb  |     16:50 Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)  |     16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |     16:38 Borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb  |     16:30 Amin Novruzov vəfat etdi  |     16:26 Bazar gününə olan hava proqnozu  |     16:21 Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı  |     16:13 Çində qasırğaya görə 600 min nəfər təxliyə edilib  |     16:08 Axtarışda olan 149 nəfər saxlanıldı  |     16:01 Türkiyədə hoteldə yanğın: 12 nəfər yaralandı  |     15:51 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir  |     15:43 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib  |     15:32 Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi FƏRQ  |     15:06 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı  |     15:02 Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı — Açıqlama  |     14:48 Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunur  |     14:40 Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır  |     14:39 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO  |     14:33 Hövsanda qadın avtomobilə hücum etdi, zərbələr endirdi – VİDEO  |    
Left Banner
Right Banner

Qazaxıstanda təyyarə binaya çırpıldı: Ölənlər arasında Generallar Şurasının sədri də var - YENİLƏNİB + VİDEO

27.12.2019 12:37 3 728
Qazaxıstanda təyyarə binaya çırpıldı: Ölənlər arasında Generallar Şurasının sədri də var - YENİLƏNİB + VİDEO
Almatı hava limanında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlər arasında Qazaxıstanın Generallar Şurası Rəyasət Heyətinin sədri Rüstəm Kaydarov da var.

Bu barədə “Tengrinews” xəbər yayımlayıb.

Qeyd edilir ki, ədliyyə general-mayoru, SSRİ Daxili İşlər Nazirliyinin əməkdar əməkdaşı Kaydarov Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü olub.

O, 2001-ci ildən Generallar Şurasına rəhbərlik edirdi.

* * * * *

Qazaxıstanda təyyarə qəzasında 14 nəfər həlak olub, daha 35 nəfər xəsarət alıb. Yaralılardan 22-nin vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə “RİA Novosti” xəbər yayımlayıb.

“Fokker-100” təyyarəsi uçuşdan dərhal sonra Almatı aeroportunda qəzaya uğrayıb. Yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.

İlkin ehtimallara görə, qəzaya səbəb təyyarənin mühərrikində yaranan nasazlıq olub.

Qeyd edək ki, Almatı – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.

* * * * *

Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.

TASS xəbər verir ki, Almatı – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.

Təyyarədə havada hündürlük yığdığı zamanı nasazlığın baş verdiyi bildirilir. Yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.

Qəza yerində dərhal xilasetmə işləri başlayıb: sərnişinlər və heyət üzvləri təxliyə olunub, yanğının qarşısı alınıb.

İlkin məlumata görə, qəza nəticəsində azı yeddi nəfər ölüb.

скачать dle 11.3
Mojo.az Banner