Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabiq Avropa çempionumuz ABŞ-da milyon dollarlıq döyüşə çıxacaq

21.12.2019 19:31 2 190
Sabiq Avropa çempionumuz ABŞ-da milyon dollarlıq döyüşə çıxacaq
Sərbəst güləş üzrə sabiq Avropa çempionumuz, 2008-сi il Olimpiadasında Azərbaycanı təmsil etmiş Əli İsayev MMA-da növbəti döyüşünü keçirəcək.

Median.Az
xəbər verir ki, PFL (Peşəkar Döyüşçülər Liqası) 10 turniri çərçivəsində yeddi görüş baş tutacaq.

Onlardan altısı hər çəkinin 2019-cu il üçün qalibini müəyyənləşdirəcək. Bunların içində ağırçəkili Əli İsayevlə Cared Roşoltun görüşü də var.

Dağıstandan olan 36 yaşlı Əli hələ ki MMA-da məğlubedilməzdir. İsayev keçirdiyi bütün səkkiz görüşdə qalib olub. O bunlardan üçündə nokautla qalib gəlib. Keçmiş güləşçi olsa da, əl zərbələri güclüdür və ayaqla döyüşməyi də bacarır. O, 1/4 finalda amerikalı Kelvin Tileri və yarımfinalda rusiyalı Denis Qoltsovu məğlub edib.

Onun rəqibi isə keçmiş UFC döyüşçüsüdür. Cared Roşolt 2014-2016-cı illərdə UFC-də çıxış edib. 33 yaşlı Roşolt indiyədək 20 görüşdə qalib gəlib, yeddisində uduzub. Maraqlıdır ki, o da keçmiş güləşçi olub.

Ağır çəkili idmançılar olduğundan, bu döyüşə maraq böyükdür. Yeni il günü keçirilən hər altı çəki dərəcəsində qalibə bir milyon dollar veriləcək.

Görüşlər ABŞ-ın Nyu York şəhərində yerləşən məşhur Hulu Teatrında keçiriləcək. Burda isə Dağıstandan olan, ancaq Azərbaycanı təmsil edən digər idmançı – boksçu Məhəmmədrəsul Məcidov bu il ilk peşəkar döyüşünü keçirib və qalib olub.

Qeyd edək ki, Əli İsayev 2009-cu ildə Litvanın paytaxtı Vilnyusda keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb. O, finalda Dağıstan osetini olan, amma Ermənistanı təmsil edən Ruslan Basiyevi məğlub edərək Avropa çempionu olub.//oxu.azскачать dle 11.3
Mojo.az Banner