Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

Bakı-Sumqayıt yolunda ağaclar çıxarılır

20.12.2019 18:09 1 360
Bakı-Sumqayıt yolunda ağaclar çıxarılır
Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmələrdən sonra rəy verilib.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, mümkün olan yerdə ağaclar saxlanılır:

“Konkret olaraq Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil. Layihənin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, yol tıxaclarının qarşısının alınmasının vacibliyi nəzərə alınaraq burada tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmədən, məsləhətləşmələrdən sonra müsbət rəy verilib. Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin”.

“Hər gün bu yolda insanlar saatlarla tıxacda qalır, vaxt itkisi yaranır, insanların əsəbləri pozulur. Ən əsası isə tıxacda dayanan yüzlərlə avtomobildən havaya külli miqdarda zərərli maddələr atılır ki, bu da sağlamlığımıza və təbiətimizə zərər verir.

Belə olan halda tikinti altına düşən ağacların götürülməsi, əvəzində daha çox ağacın əkilməsi və tıxacların aradan qaldırılması məqsədəuyğundur, yoxsa insanların saatlarla yolda qalması və digər fəsadlar?

Lakin yenə də xüsusi olaraq qeyd edirəm ki, vəzifə borcumuz odur ki, rəyə göndərilən layihələrin məzmun və formasından asılı olmayaraq, bizim üçün hər şeydən əvvəl ekoloji faktorlardır, ətraf mühitin qorunmasıdır”, - deyə nazirlik rəsmisi qeyd edib.скачать dle 11.3
Mojo.az Banner