Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda köçürülən ağacların yerində koronavirusa görə mobil klinika quraşdırılır - RƏSMİ + FOTO/VİDEO

06.04.2020 15:43 3 060
Sumqayıtda köçürülən ağacların yerində koronavirusa görə mobil klinika quraşdırılır - RƏSMİ + FOTO/VİDEO
Sumqayıt şəhərində koronavirusla mübarizə məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən oxu.az-a bildirilib ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın ərazisində əhaliyə tibbi xidmətlərin göstərilməsi, koronavirusla mübarizə məqsədilə mobil səyyar hospital quraşdırılır:

“Bu səbəbdən dövlət sifarişi ilə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının ərazisində müvafiq yer ayrılıb. Layihənin mühüm əhəmiyyəti nəzərə alınaraq, ərazidəki tikinti altına düşən ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub.

Nazirlik layihənin mühüm dövlət əhəmiyyətini və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini nəzərə alaraq, mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanmasına, boş ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib”.

“Ərazidəki bir neçə ağac budanaraq, xəstəxananın həyətindəki boş əraziyə köçürülüb. Eyni zamanda, ərazidəki boş sahədə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib. Artıq ağacların əkilməsinə başlanılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıtda ağacların kəsilməsi barədə məlumat yayılıb.






Son xəbərlər