Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yeni tikintiyə görə ağacları köçürdülər

27.03.2020 21:05 1 594
Bakıda yeni tikintiyə görə ağacları köçürdülər
Nərimanov rayonu A.Heydərov küçəsi ilə Ə.Orucəliyev küçəsinin kəsişməsində köhnə binaların yerində yeni yaşayış binalarının tikintisi məqsədilə icra olunan pilot layihə çərçivəsində layihə altına düşən ağacların köçürülməsinə ictimai dinləmədən sonra Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib.

Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov jurnalistlərə bildirib ki, rəy verilməmişdən əvvəl tikintini aparan “Azneftemaş” QSC tərəfindən edilmiş müraciət əsasında layihə altına düşən ağacların köçürülməsinə zərurət yarandığı üçün maraqlı tərəflərin, o cümlədən layihəçilərin, ekspertlərin, QHT nümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçirilib:

“Tikinti altına düşən ağacların saxlanılması və saxlanılması mümkün olmayanların köçürülməsi məsələsi müzakirə olunub, fikirlər dinlənilib. Götürülən ağacların əvəzinə daha çox ağacın əkilməsi və ekoloji tarazlığın qorunması üçün bütün imkanlar araşdırılıb”.

M.Qəmbərov qeyd edib ki, yeni ağacların əkilməsi məqsədilə tikinti sahəsindən kənarda ərazi ayrılmasına nail olunub və icraçı qarşısında yeni yaşıllıq sahəsinin salınması tələbi qoyulub:

“İctimai dinləmələrin nəticəsi olaraq layihə altına düşən bir tut və bir qarağac, üç safora və üç qovaq ağacının götürülməsinə, əvəzində 500 yeni ağacın əkilməsinə, 73 ağacın isə köçürülməsinə rəy verilib. Ağaclar Bakı şəhər İH-nin Yaşıllaşdırma İdarəsi tərəfindən çıxarılaraq Ramana tingçilik sahəsində əkilib. Hazırda köçürülən ağaclara aqrotexniki qulluq göstərilir. Yeni ağacların əkilməsi üçün metropoliten deposunun yaxınlığında ayrılmış ərazidə icraçı tərəfindən 400 ədəd çinar və 100-ə yaxın şam ağacı əkilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə Nərimanov rayonunda kütləvi ağac kəsimi haqqında məlumatlar yayılmışdı.

Son xəbərlər