Ramiz Mirzəyevin ailəsindəki ardıcıl faciələrin pərdəarxası məqamları... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ətin bahalaşmasını necə dayandırmalı? - Ekspert açıqladı  |     22:54 HƏMAS rəhbərliyi İsrailin Dohaya hücumunda xəsarət almayıb  |     22:48 “Gips” zavodu cərimələndi  |     22:42 TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində yoxlama başladı - RƏSMİ  |     22:27 AP: "iPhone"un qiməti 1000 dollar arta bilər  |     22:22 Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir  |     22:14 Bu şəhərin Baş planı təsdiq edildi  |     22:07 "Rusiyanın artıq Ermənistanda uğur qazanması mümkün deyil" - Politoloq  |     22:00 Yaponiya dünyanı yenidən şoka saldı: 20 AES gücündə günəş panelləri yaradıldı  |     21:52 Komaya düşən baş həkimin vəziyyəti açıqlandı  |     21:45 "Rezonans" klinikasında pasientin telefonu oğurlandı  |     21:40 Xəstələri əvvəlcə zəhərləyib sonra xilas edən həkimi ömürlük həbs gözləyir  |     21:29 Parisdə məscidin qapısına donuz başları atılıb  |     21:23 Süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı  |     21:15 Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!  |     21:08 Tupak Şakurun qətlinin sifarişçisi açıqlandı  |     21:00 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib  |     20:53 Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib  |     20:47 Yekaterinburq məhkəməsi Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb  |     20:46 HAMAS liderləri İsrailin hücumundan sağ çıxıblar  |    

Ramiz Mirzəyevin ailəsindəki ardıcıl faciələrin pərdəarxası məqamları...

Təxminən iki il əvvəl Tovuz rayonunda ərlə arvadın evdə qətllə yetirilmələri uzun müddət media səhifələrində manşetlərdə qaldı. Onlar AFFA-nın keçmiş baş katibi Ramiz Mirzəyevin bacısı Pakizə və onun əri Fərman Məmmədovlar idi. Hazırda cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayev aparır, lakin iş hələ də bağlı qalıb.

Median.Az
xəbər verir ki, ailənin oğlu Qoca Məmmədov qafqazinfo-ya müraciət edərək bildirib ki, 2018-ci il fevralın 23-dən 24-nə keçən gecə anası ilə atasının yatdığı yerdə xüsusi amansızlıqla öldürülməsindən 2 ilə yaxın vaxt keçsə də, istintaq səmərəsiz aparılır, hələ də cinayəti törədən ya da bu işdə şübhəli bilinən kimsə tapılmayıb:

"Buna görə 3 dəfə aidiyyəti orqanların qəbulunda olmuşam.

Bu işlə bağlı rayonda dindirilməyən adam qalmayıb. Hətta bir nəfər bu işlə bağlı dindiriləndə özünü Tovuz polis şöbəsinin binasının üçüncü mərtəbəsindən atmışdı.

Valideynlərim öldürüləndə anamın yatdığı və öldürüldüyü yerdə, başının altında 3800 manat pul olub, sırğaları güzgünün qarşısında olub, seyf də açıq olub, ona da dəyməyiblər, ikinci mərtəbəyə ümumiyyətlə çıxmayıblar. Evə girən şəxslər heç nə götürməyiblər. Amma istintaq valideynlərimin tamah niyyəti ilə öldürüldükləri maddəsi ilə cinayət işi başladıb. Bu qətli törədən və törədənlər bunu əvvəlcədən planlayıblar və məqsəd məhz atamla anamı öldürmək olub".

Q.Məmmədov bildirib ki, onlar yaxın qohumlarından şübhələndiklərini bildirsələr də, bu istiqamətdə iş aparılmayıb:

"Bizim şübhələndiyimiz adamlar var, mən hesab edirəm ki, bu qətl ailələr arası münaqişə zəminində baş verib. Şübhələndiyimiz adamlar bizim yaxın qohumlarımızdır, onlarla çoxdan ədavətli olmuşuq. Onların adını istintaqa dəfələrlə versək də, həmin adamlar dindirilmir. Valideynlərim ölmədən əvvəl bir dayımın oğlu Orxan qəzada öldü, bir neçə ay sonra digər dayım Ramiz Mirzəyevin oğlu Anar qəzaya düşüb öldü.


Anarın yeddisi çıxan günün səhəri anamla atam öldürüldü. Onların ailəsi dayım oğlanlarının ölümündə həmişə anamı günahlandırırdılar, deyirdilər ki, guya anam həmişə onlara qarğış edib və anamın onları qarğımasına görə bu hadisələr olub".

Ramiz Mirzəyevin oğlu Anar


Qoca Məmmədov hadisədən sonra evə gedərkən gördüklərini də danışıb:

"Mənə zəng edib dedilər ki, evdə yanğın olub. Mən ora gedəndə polis və FHN hələ gəlməmişdi. İçəri girəndə gördüm atam televizora baxdığı yerdə divanda ölüb, anam da yatağında idi. Ev tam yanmamışdı, anamın yatağında biraz yanğın olmuşdu. Amma onun neft, benzin ya kerosinlə yandırıldığı istintaq hələ də müəyyənləşdirə bilməyib. Bu hadisəni törədənlər evə girən kimi atamı divandaca boğub öldürüblər. Sonra anamın əl-ayağını "skoç"la sarıyıb yandırıblar. Sonra da qazı açıq qoyub gediblər, həmin ev çox köhnə olduğu üçün fikirləşiblər ki, yanıb kül olacaq. Amma yanğın böyüməyib.


Bu işin açılmasını istəməyən vəzifəli şəxslər var ki, buna maneə olurlar. Onlar hüquq-mühafizə sistemində işləyirlər və bizim qohumlarımızdır. Həmin vəzifəlilər şübhələndiyimiz və adlarını istintaqa verdiyimiz şəxslərin yaxınlarıdır. Bu şəxslər əqli problemi olan xalam oğlunu qabağa verib ona dedirtmişdilər ki, guya qətli o törədib. Sonra da mətbuata məlumat ötürmüşdülər ki, qətli törədən tutulub. Amma xalam oğlu psixi müalicəyə göndərildi. Sonra məlum oldu ki, xalam oğlu bunu etiraf etmədən əvvəl həmin qohumlarla telefonla danışıb".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 946 18.12.19 22:08