Mojo.az Banner
21:00 İki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     20:39 Erməniəsilli bloqerin Dubay macərası ekstradisiya ilə başa çatdı  |     20:27 Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"  |     19:57 Macarıstandakı səfirimiz də vəzifəsindən geri çağırıldı  |     19:50 İsveçdə 20 gənc futbolçu itib  |     19:40 Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUNDU  |     19:29 Göygöldə 11,8 min manatlıq heyvan oğurluğu  |     19:24 Azərbaycan millisinin futbolçusu Macarıstan klubuna keçdi  |     18:56 İnterpolun axtardığı şəxs Monteneqroda tutuldu - Ölkəyə gətirildi  |     18:45 Yaponiyada yenidən zəlzələ baş verdi  |     18:33 Baş nazir Xalq artisti ilə bağlı qərar imzaladı  |     18:22 Magistraturaya qəbulun nəticələri AÇIQLANDI  |     17:43 "Ferrari"nin ilk avtomobili necə yaranıb? - "125 S"in bilinməyən hekayəsi  |     17:28 Azərbaycanda yarım ildə neçə heyvan dişləməsi qeydə alınıb?  |     17:20 Sabunçuda qadın bıçaqlandı: Əri SAXLANILDI - Hadisənin TƏFƏRRÜATI  |     17:15 Ağdamdakı yanğın genişləndi: Minalanmış ərazilərdə partlayışlar baş verir  |     17:03 İranın Qərbi Azərbaycan vilayətinə raket zərbələri endirildi  |     16:41 Martin Ryanın apellyasiya şikayəti rədd edildi  |     16:37 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:24 Tanınmış cərraha məhkəmədə HÖKM OXUNDU  |    
Left Banner
Right Banner

Özünü polis şöbəsinin pəncərəsindən atan şəxslə bağlı YENİ XƏBƏR

09.03.2018 16:01 2 088
Özünü polis şöbəsinin pəncərəsindən atan şəxslə bağlı YENİ XƏBƏR
Dünən Tovuz rayon Polis Şöbəsində özünü 3-cü mərtəbədən atan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 48 yaşlı Tofiq Şükürov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və onun ərinin qətli ilə bağlı aparılan cinayət işinin istintaqı çərçivəsində ifadə verməyə çağırılıbmış. Onun şahid, yaxud şübhəli şəxs qismində şöbəyə gətirildiyi məlum deyil.

Bildirilir ki, T.Şükürov dəhlizdə olarkən pəncərəni açaraq özünü aşağı atıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, fevralın 24-də Tovuz şəhəri Mərdan Musayev küçəsindəki 7 otaqlı evdə 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu ilə həyat yoldaşı Mirzəyeva Pakizə Şəmşad qızının qismən yanmış meyiti tapılıb. Onların qəsdən öldürüldüyü və izin itirilməsi məqsədi ilə yandırıldığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə iş başlanılıb.
скачать dle 11.3
Mojo.az Banner