Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Xoşqədəm rüsvayçı cinayəti üzə çıxardı: Səməndər 8-ci sinif şagirdi Gülxarı zorladı və... - VİDEO

10.12.2019 22:57 3 134
Xoşqədəm rüsvayçı cinayəti üzə çıxardı: Səməndər 8-ci sinif şagirdi Gülxarı zorladı və... - VİDEO
Xoşqədəm Hidayətqızının "Səni axtarıram" layihəsi 37 il əvvəl baş vermiş və bugünədək gizlədilərək sirr kimi saxlanılan cinayət hadisəsini üzə çıxarıb.

Kəlbəcərin Ağdaban kəndində Gülxar adında bir qız olur. 8-ci sinidfə oxuyarkən böyrəklərindən müalicə almaq üçün ailəsi onu xəstəxanaya yerləşdirir. Müalicə bitdikdən sonra Səməndər adlı orta yaşlı evli kişi onu evlərinə aparmaq adı ilə avtomobilinə mindirir. Yəni onu aldadadaraq xəstəxanadan çıxarır.
Yolda ona avtomobilində təcavüz edir. Sonradan Gülxar evinə gətirilir. Amma bu hadisə ilə bağlı kimsəyə heç bir söz demir. Gülxar hamilə qalır və bunu da hamıdan gizlədir. Hamiləliyinin son günlərində xala onun hamiləliyindən xəbər tutur. Gülxar xəstəxanaya aparıır, uşaq dünyaya gəlir və elə oradan da Gəncədəki uşaq evinə verilir.

8-ci sinifdə oxuyarkən orta yaşlı Səməndər tərəfindən təcavüzə uğramış Gülxar
Xala Gülxarın qarşısna bir şərt qoyur; əgər bu biabırçılığın açılmasını istəmirsənsə, çıxıb getməlisən. Beləliklə, Gülxar Türkmənistana satılır.

1982-ci ildə Gəncə Uşaq Evinə qoyulan Asif 1983-ci ildə bir ailəyə övladlığa verilir. 10 yaşı olanda övladlığa götürüldüyünü bilir və doğma ata-anasını axtarmağa başlayır.
Əlil arabasına məhkum olan Asif sağlam bir xanımla ailə qurur və iki övladı doğulur. İllərdir anasını və atasını axtarsa da, onları tanımaq nəsib olmur. Asif bir müddət əvvəl vəfat edib. Onun axtarışlarını həyat yoldaşı Səhər davam etdirib.

"Səni axtarıram" proqramı 10 il axtarışdan sonra Gülxarı da tapır, Səməndər adlı həmin təcavüzkarı da. O, dünyasını dəyişib, yaxınlarının sözlərinə görə çox əzabla ölüb. Onun ailəsi, uşaqları və nəvələri var. Onun heç bir yaxını Asiflə görüşmək istəmir. Lakin Gülxarın qohumları Asiflə görüşmək üçün studiyaya gəlir. Lakin artıq Asif həyatda yoxdur. Asifin anası onun məzarına və iki yadigarına qovuşur...

Son xəbərlər