Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda tərəvəzlərin 100 %-nin GMO olması iddiasına RƏSMİ AÇIQLAMA

04.12.2019 18:29 1 838
Azərbaycanda tərəvəzlərin 100 %-nin GMO olması iddiasına RƏSMİ AÇIQLAMA
“Qida sahəsi üzrə heç bir peşəkar fəaliyyəti olmayan “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı mediaya müsahibəsində iddia edir ki, guya Azərbaycanda “tərəvəzlərin 100 %-i, meyvələrin isə 50 %-dən çoxu GMO-dur”.

Görünür ekspertin xəbəri yoxdur ki, dünyada cəmi 30 adda GMO məhsulu var və bu məhsullar ABŞ, Yaponiya, Avropa Birliyi və bir sıra ölkələr tərəfindən istehsal edilir”.

Bu barədə Azərbaycan Qida Təhlükəsizlyi Agentliyinin mətbuat xidmətinin əməkdaşı Aysel Fərziyeva bildirib.

Qurum rəsmisi deyir ki, GMO məhsuların təqribən 90%-i iqtisadi əhəmiyyətə malik olan yem və texniki bitkilərdir.

“Meyvə və tərəvəzlərdən yalnız pomidor, badımcan və almaya biotexnoloji metod tətbiq edilir.

Elçin Bayramlı iddia edir ki, guya ölkədə 1 ilə yetişən qoz tingləri mövcuddur və hamısı GMO-dur. Amma bu məlumatın da heç bir elmi əsası yoxdur. Hətta qozun dünyada geninin dəyişdirilməsi təcrübəsi belə mövcud deyil.

Mediaya bu mövuzda şərh verən iqtisadçı düşünmür və ya bilmirmi ki, bir GMO məhsulunun istehsalı yüz milyonlarla dollar vəsait tələb edir? Ona görə də bazarda ciddi ehtiyac duyulmayan bir məhsulun GMO üsulu ilə yetişdirilməsi və artırılması nə ölkə, nə də biotexnoloji şirkətlər üçün sərfəli deyil.

Elçin müəllimin verdiyi açıqlamalardan məlum olur ki, onun dünyada min illərdir aparılan genetik seleksiya metodu ilə yeni bitkinin alınmasından ümumiyyətlə heç xəbəri yoxdur”, - deyə Aysel Fərziyeva bildirib.

Qurum rəsmisi deyir ki, məhsulun keyfiyyəti yalnız mütəxəssislər tərəfindən dəyərləndirilməlidir:

“Ümumi mətnlərin içinə, “GMO”, transgen kimi terminləri yerləşdirərək cəmiyyətin diqqətini çəkməyə çalışan, amma verdiyi məlumatların heç bir elmi istinadı olmayan ekspertin diqqətinə çatdıraq ki, bir şəxsin bir neçə mövzuda ekspert rəyi verməsi doğru deyil. Fitosanitar, baytarlıq və qida məhsulları nəzarəti bir-birindən ayrı mütəxəssislər tərəfindən dəyərləndirilməli olan məsələlərdir. Eyni zamanda hər hansı bir mövzuda açıqlama verərkən ümumiləşdirmə etmək də peşəkarlığa ziddir. Bu tip qeyri-peşəkar açıqlamalar cəmiyyətimizdə yanlış fikirlər yarada bilər. Bundan sonra dediyi fikirdə fakta əsaslanmayan, qeyri-peşəkar bəyanatlar səsləndirən “qida ekspert”lərini sosial şəbəkələrdə elə söylədikləri əsassız fikirləri göstərməklə Azərbaycan Qida Təhlükəsizlyi Agentliyi tərəfindən ifşa ediləcək”.

Son xəbərlər