Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Çiyələk, xiyar, qarpız və gilasın genetik modifikasiyası yoxdur

09.07.2019 13:22 1 522
Çiyələk, xiyar, qarpız və gilasın genetik modifikasiyası yoxdur
Azərbaycana idxal olunan məhsulların 99 faizinin GMO məhsullar olduğunu iddia etmək qaragüruhçuların işidir.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bütün dünya üzrə 30 adda bitki genetik modifikasiya olub, onun 504 növü məlumdur ki, bu da bütün dünyanın aparıcı ölkələrinin reyestrinə yerləşdirilib:

“Həmin məhsulların içərisində dəfələrlə adları çəkilən bir çox meyvə və tərəvəzlər yoxdur. Məsələn, çiyələk, xiyar, armud, qarpız, gilas və digər bitkilərin genetik modifikasiyası mövcud deyil. Bu adamlar seleksiya olunmuş məhsullarla GMO məhsulları qarışdırırlar və yersiz informasiya ilə əhalidə yanlış informasiya formalaşdırırlar. Dünyanın ən çox genetik modifikasiya olunan məhsulu qarğıdalıdır. Onun 238 növü genetik modifikasiya olub.

Azərbaycan ərazisinə idxal olunan bütün məhsullar müvafiq ekspertizalara cəlb olunub. İnsan sağlamlığı üçün zərərli məhsulun ölkəyə idxalına icazə verilmir”.

Q.Təhməzli qeyd edib ki, Azərbaycanda trans yağlarla bağlı normativ-hüquqi akt hazırlanır. Bununla bağlı Qida Təhlükəsizliyi İnstitutunun tərkibində akt üzərində iş aparılır:

“Trans yağlarla bağlı məsələ üzrə institutun ekspertləri məşğuldur. Bu yağların ərimə temperaturu yüksək olduğu üçün insan bədənində ərimir və sağlamlıq üçün ziyanlıdır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Xaçmaz, Şəki, Tovuz regional bölmələrində 32 adda müxtəlif yağlar - kərə yağları və spred yağları ekspertizaya cəlb olunub. Onlardan 12-də trans yağların miqdarı normadan yuxarı olub”.скачать dle 11.3
Mojo.az Banner