Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi - VİDEO

04.12.2019 16:46 2 086
Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi - VİDEO
Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi erməniləri qəzəbləndirib. Hətta iş o yerə çatıb ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.

Median.Az
xəbər verir ki, Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Ötən ay AzTV-nin Rusiya üzrə xüsusi müxbiri Zakir Musayevin hazırladığı reportajda Armavir sakinlərinin narahatlığını sizə təqdim etmişdik. Lövhə söküldükdən sonra xüsusi müxbirimiz yenidən Armavirə yollanıb: öz peşə vəzifəsini yerinə yetirmək üçün. Birbaşa bağlantıya qoşulub, lövhənin sökülməsi ilə bağlı məlumat verdikdən sonra Armavirdə yaşayan ermənilərin bir qrupu ona hücum çəkərək xəsarət yetiriblər və kameramızı sındırıblar. Şəhərin mərkəzində təxminən 50-yə yaxın erməni əməkdaşlarımızı mühasirəyə alaraq müxbirimizin kompüterini əlindən almağa cəhd göstərib. Məsələyə polis müdaxilə edib. Azğınlaşmış qrup polisin işinə belə mane olmağa çalışıb.

Xüsusi müxbirimiz Armavirdə ötən ay çəkiliş apararkən də ermənilərin müdaxiləsi ilə rastlaşmışdı.

Xatırladaq ki, bu günlərdə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.

Son xəbərlər