Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Los Ancelesdə Njde və Ermənistanda faşizm haqqında film çəkildi - VİDEO

03.02.2021 13:47 3 489
Los Ancelesdə Njde və Ermənistanda faşizm haqqında film çəkildi - VİDEO
İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde və bu gün Ermənistanda faşizmin qəhrəmanlaşdırılması siyasəti haqda Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ingilis dilində qısa film hazırlanıb.

Bu barədə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu xəbər yayıb.

Filmdə bu yaxınlarda ABŞ-ın nüfuzlu yəhudi qəzeti olan “Forward” tərəfindən dünyanın müxtəlif yerlərində hələ də mövcud olan, vaxtilə faşist Almaniyası ilə əməkdaşlıq etmiş, Holokost zamanı yəhudiləri öldürən və ya buna kömək etmiş şəxslərə qoyulan abidələr ilə bağlı ilk dəfə geniş araşdırma aparıldığı qeyd olunur. Bildirilir ki, məhz “Forward” qəzetinin araşdırmasına görə həmin faşist abidələrindən 22-si hazırda Ermənistandadır və onların hamısı Qaregin Njdeyə həsr olunub.

Hazırda Ermənistanın faşist abidələrinin sayına görə dünyada ən öndə gedən dövlətlərdən olduğu və bu gün Ermənistanda Qaregin Njdeyə həsr olunmuş memorial abidələrin, heykəllərin, küçələrin, kənd və meydanların mövcudluğu diqqətə çatdırılır. Vurğulanır ki, 1942-ci ildə faşist Almaniyası tərəfindən yaradılmış Vermaxtın Erməni Legionuna rəhbərlik etmiş Qaregin Njde hələ də Ermənistan və onun diasporu tərəfindən milli qəhrəman hesab olunur. Həmin Erməni Legionunun Krım, Polşa, Fransa və Qafqazda Almaniya üçün döyüşdüyü və həmin ərazilərdən faşistlərin yəhudiləri toplayaraq ölüm düşərgələrinə göndərdiyi bildirilir.

Faşist Almaniyası ilə əməkdaşlığına görə 25 il həbs cəzasına məhkum edilmiş Qaregin Njdeyə 2016-cı ildə İrəvan şəhərində Serj Sarqsyan və digər Ermənistan rəsmilərinin iştirakı ilə heykəl ucaldıldığı diqqətə çatdırılır. Həmçinin vurğulanır ki, İrəvanda Njdenin adını daşıyan meydan və metro stansiyası mövcuddur və dövlət sifarişi ilə bu faşist cəlladını qəhrəmanlaşdıran filmlər çəkilir. Anti-Difamasiya Liqasının sorğusuna istinad edilərək, Ermənistanın antisemitizm səviyyəsinə görə Avropada ikinci yer tutduğu filmdə qeyd olunur.

Qaregin Njdenin radikal Erməni İnqilabçı Federasiyasının (Daşnaktsutyun) rəhbərlərindən olduğu və 1933-cü ildə ABŞ-ın Boston şəhərində irqçi daşnak hərəkatı olan Tseğakronizm hərəkatını təsis etdiyi bildirilərək, bu hərəkatın nasistlərin ari irqinin üstünlüyü nəzəriyyələrini əks etdirdiyi vurğulanır.

Qeyd olunur ki, o zaman Hitler və Holokostu dəstəkləyən daşnaklar bu gün də ABŞ-da fəaldırlar. Daşnakların lobbiçi qanadı olan ANCA təşkilatı ABŞ Konqresində hazırda əsas erməni lobbi təşkilatıdır.скачать dle 11.3
Mojo.az Banner