Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev ikinci dəfə Paşinyana tərs şillə vurdu - ŞƏRH

11.10.2019 20:57 2 120
İlham Əliyev ikinci dəfə Paşinyana tərs şillə vurdu - ŞƏRH
Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakından söz açıb.

Azərbaycan dövlət başçısı daha sonra Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını pisləyib.

Ölkə başçısı qeyd edib ki, MDB liderləri dəfələrlə nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıblar.

“Ermənistanın keçmiş hakimiyyəti Yerevanın mərkəzində alman faşistlərinə xidmət edən Qaregin Njde ləqəbli faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”, - deyə Prezident İ.Əliyev bildirib.

Milli Məclisin tarixçi deputatı, professor Musa Qasımlı Prezidentin çıxışını şərh edib.

Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, M.Qasımlı Oxu.Az-a açıqlamasında deyib ki, Prezidentin MDB Dövlət Başçılarının Aşqabad Sammitindəki nitqi böyük əhəmiyyət daşıyır.

“Hər şeydən əvvəl cənab Prezident İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə qazanılmasında Azərbaycan xalqının müstəsna rol oynadığını bildirdi. Xüsusi vurğuladı ki, bu rol Azərbaycan xalqının əməyi, təbii sərvətləri, intellektual səviyyəsi, xalqımızın ön və arxa cəbhədə, partizan, anti-faşist hərəkatında qəhrəmanlıqları ilə bağlıdır”, - deyə M.Qasımlı əlavə edib.

Deputat deyib ki, Azərbaycanın dövlət başçısı Ermənistan Baş nazirinin oturduğu bir masada nasistlərlə əməkdaşlıq etmiş, keçmiş SSRİ xalqlarına, xüsusən rus xalqına nifrət edən Qaregin Njdeyə abidə qoyulduğunu söyləyib.

“Cənab Prezident MDB dövlət başçılarına söylədi ki, əslində, Ermənistanda nasizmin dövlət səviyyəsində təbliğatı gedir. Çünki nasizmə dair hər hansı abidənin qoyulması təbliğat vasitələrindən biridir”.

M.Qasımlının fikrincə, Yerevanda Qaregin Njdeyə abidə qoyulması bir daha onu göstərir ki, Ermənistanda terrorizm, nasistlərlə əməkdaşlıq etmiş şəxslərin təbliği dövlət siyasətinə çevrilib.

“Erməni faşizmi nasizmdən daha qəddardır. Müasir dövrdə nasizm tərəfdarlarının qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir. Hesab edirəm ki, son bir neçə gündə cənab Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana ikinci dəfə tərs bir şillə vurdu. Ölkə başçımız Ermənistanın siyasətinin mahiyyətini açdı”.

Son xəbərlər