Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı qadının səhvən udduğu iynə 16 il sonra çıxarıldı - FOTO

28.11.2019 23:47 2 126
Azərbaycanlı qadının səhvən udduğu iynə 16 il sonra çıxarıldı - FOTO
Türkiyənin Dənizli şəhərində özəl xəstəxanaya uşaq sahibi ola bilmək üçün gedən azərbaycanlı qadın 16 il əvvəl səhvən udduğu tikiş iynəsindən əməliyyat yolu ilə xilas olub.

Median.Az
xəbər verir ki, türk vətəndaşı ilə evlənərək Dənizliyə köçən 38 yaşlı azərbaycanlı qadın xəstəxananın qadın xəstəlikləri və doğum şöbəsinə müraciət edib. Qadının rentgen nəticəsində sidik kisəsi bölgəsində yad cisim görünüb.

Xəstəxananın Baş həkimi Rıdvan Ərdəmir cərrahiyyə əməliyyatı ilə 6 santimetr uzunluğundakı tikiş iynəsini çıxardıqlarını açıqlayıb:

“Xəstədən soruşduqda iynəni 16 il əvvəl tikiş işi görərkən səhvən udduğunu deyib. Həkimlər ona kartof yesən, çıxar deyiblər. Sonrakı müayinədə də çıxdığını deyib arxayın ediblər. Xəstəmiz əməliyyat nəticəsində illərdir çəkdiyi qarın ağrısından xilas oldu”.

Evə buraxılan xəstənin həkimi qeyd edib:

“Çox maraqlıdır, 16 il bədəndə qalan iynə sidik kisəsinə saplansa da, daha irəli getməyib. Böyük damarlara getsəydi, təbii ki, həyati risk ola bilərdi. Xəstəmiz şanslı imiş”.

Son xəbərlər