Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Gözümüzü yolda qoyan avtobus marşrutları - VİDEO

26.11.2019 19:58 1 687
Gözümüzü yolda qoyan avtobus marşrutları - VİDEO
Paytaxt ərazisində və ya şəhər kənarlarına hərəkət edən avtobus marşrutlarının hərəkətindəki problemlər, hələ də özünü göstərməkdə davam edir.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, Baku.Tv-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, avtobusların qrafikdən kənar olaraq həddən artıq gecikməsi, sakinlərin dayanacaqlarda uzun müddət gözləməsinə və vaxt itkisinə səbəb olur. Avtobus gəldikdən sonra isə basabas başlayır. Gedəcəkləri məkana tez çatmaq istəyən hər kəs avtobusda özünə yer etməyə çalışır. Bu mənzərə özünü pik saatlarda daha aydın şəkildə biruzə verir.

“Hər gün səhər eyni problemlə rastlaşırıq. Saatlarla dayanacaqda gözlədiyimiz vaxtlar olur”, deyə şəhər sakini əlavə edib.

“Avtobuslar gec-gec gəlir, buna görə də çox sıxlıq yaranır. Şikayət edirsən gəlib baxırlar, iki gün düzəlir sonra yenə eyni şey…”, - digər bir sakin vurğulayır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, yaranan sıxlığın səbəblərindən biri iş saatlarının demək olar ki, bütün idarə və təşkilatlarda eyni olmasıdır. Bundan əlavə süni yaradılan manelər də sıxlığa zəmin yaradır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, sürücülərin zolaqların tələbinə uyğun hərəkət etməməsi, sürət həddinin düzgün seçilməməsi magistral yollarda sıxlıq yaradır. Digər səbəblərdən biri isə xəbərdarlıq edilmədən yollarda aparılan təmir işləridir.

Hər halda bütün bunların fonunda itirən ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdir. Ümid edirik ki, bu problem tezliklə öz həllini tapacaq...

Son xəbərlər