Mojo.az Banner
13:08 Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs HƏBS OLUNDU  |     23:00 İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir  |     22:51 Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi  |     22:32 Üçüncü günün duası - İmsak və iftar vaxtı  |     22:25 Sakinləri narahat edən şlaqbaumlar söküldü  |     22:13 “Uşaq “Lego” ilə böyüyürsə, dünyası xarici obrazlarla formalaşır”  |     22:05 Yasamaldakı meşəlikdə bina tikiləcək? - Video  |     22:00 “Apple” yeni AI cihazlarını təqdim edəcək - Bu tarixdə  |     21:53 Azərbaycan Qran-Prisinin yeri dəyişdirilə bilər - Bakıdan süni adaya  |     21:48 Epşteynin qurbanlarına milyonlarla dollar ödəniləcək  |     21:39 Dini Komitənin iftar süfrələri 80 faizdən çox bahalaşdı  |     21:37 8 gün yatmayanda nələr baş verir?  |     21:34 "Dominos Pizza"da 5500 manatlıq oğurluq  |     21:25 Gömrük terminalında maşının altından meyit tapıldı  |     21:20 Azərbaycan daha bir tədbirə ev sahibliyi edəcək  |     21:14 Ukraynada 36 milyonluq korrupsiya: Direktor həbs olundu  |     21:13 Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT  |     20:54 Fransada büdcə qalmaqalı: Senat "yox" dedi, Makron imzaladı  |     20:42 Azərbaycanda qeydiyyatda olan nə qədər işsiz var?  |     20:34 8-ci sinif şagirdi mağazadan pul oğurladı - Gecə klublarında spirtli içkilərə xərclədi  |    
Left Banner
Right Banner

"2 milyard manat əlavə vəsait büdcəyə köçürülüb" - DGK sədri

25.11.2019 21:07 2 245
Bu gün Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri arasında "Gömrük sistemində aparılan islahatlar, biznes əməkdaşlığı və perspektivlər" mövzusunda görüş keçirilib.

Median.Az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının sədri Teybə Quliyeva və Palatanın üzvləri iştirak edib.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının sədri Teybə Quliyeva görüşdə çıxış edərək bu ilin iyulunda Palata üzvləri və Dövlət Gömrük Komitəsinin rəhbərliyi arasında keçirilən görüşün müsbət nəticələrindən, əməkdaşlığın gücləndirilməsi istiqamətində faydalı əməkdaşlıqdan danışıb.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros görüşün keçirilməsində göstərilən dəstəyə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bidirib və Komitənin iki ölkə, eyni zamanda, Avropa ilə iqtisadi münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsində körpü rolu oynadığını vurğulayb.

Sonra görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gömrük sistemində də həyata keçirilən innovativ islahatların ticarətin asanlaşdırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, beynəlxalq tranzitin inkişafına, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına, kölgə iqtisadiyyatının aradan qaldırılmasına münbit şərait yaratdığını bildirib. Bu ilin 10 ayı ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsini statistik rəqəmlərlə diqqətə çatdıran Komitə sədri qarşılıqlı ticarət münasibələrinin sürətli inkişafını da islahatların nəticəsi kimi qiymətləndirib.

Çıxışının sonunda Komitə sədri islahatlar dövründə kölgə iqtisadiyyatının, haqsız rəqabət mühitinin aradan qaldırılması hesabına gömrük orqanları tərəfindən 2 milyard manat əlavə vəsaitin dövlət büdcəsinə köçülüməsinin təmin edildiyini, təmsilçilik institutunun inkişaf etdirilməsi istiqamətində xüsusi layihələrin tətbiq olunduğunu bildirib, eyni zamanda, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi istiqamətində görülən işlərdən və bu sistemin faydalarından danışıb.

Daha sonra sahibkarların təklifləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.скачать dle 11.3
Mojo.az Banner