Mojo.az Banner
12:19 Sərhəd pozuntusuna görə saxlanılanların sayı AÇIQLANDI - RƏSMİ  |     12:16 Azərbaycanda üç vəzifəli şəxsə hökm oxundu  |     12:15 Axtarışda olan 317 nəfər saxlanılıb - DSX  |     12:08 Bakıda kirayənişin qaldığı evi QARƏT ETDİ  |     12:07 Ermənistanın keçmiş naziri həbs edildi  |     11:59 Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO (Yenilənib)  |     11:43 Qızıl ucuzlaşmaqda davam edir  |     11:42 Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM  |     11:41 Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR (Yenilənib)  |     11:39 Azərbaycanda zəlzələ olub  |     11:39 "Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etdi  |     11:34 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar  |     11:30 Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı  |     11:27 "Qarabağ" və "Zirə"nin futbolçuları Mozambik millisinə çağırıldılar  |     11:14 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı  |     23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |    
Left Banner
Right Banner

Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı - FOTO

21.11.2019 21:39 2 042
Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı - FOTO
Bir neçə ay əvvəl dünya mediası 55 yaşlı Səudiyyə şahzadəsi Basma bin Səud bin Əbdüləziz Əl Səudun itkin düşdüyünü yazıb.

Kral Səudun qızı ictimaiyyətin gözü qarşısında itib.

Ancaq bugünlərdə Almaniyanın Deutsche Welle televiziya kanalı şahzadənin ev həbsində olduğunu və ya Səudiyyə Ərəbistanında güclə tutulduğunu bildirib.

Onun müalicəsi üçün İsveçrəyə uçmağı planladığını, ancaq sonda gedə bilmədiyi bildirilib.

Vəkil, amerikalı Leonard Bennett, “Deutsche Welle”yə verdiyi müsahibədə vəziyyəti bu cür şərh edib :



“Şahzadə bütün radarlardan itib. Heç kim onun harada olduğunu bilmir. Ən pis xəbərin gəlməsindən qorxuruq”.

Bennett buna baxmayaraq şahzadə ilə əlaqə qurmağı bacarıb. Onun sözlərinə görə, o, şahzadə ilə girov kimi danışıb.

Qeyd edək ki, şahzadə Basma 1953-1964-cü illərdə ölkəni idarə edən və 115 uşağın atası olduğu güman edilən keçmiş Kral Səudun ən kiçik qızıdır.

Yoxa çıxmazdan əvvəl, Basma bint Səud, evdə sosial sahənin, o cümlədən qadınların səlahiyyətlərinin artırılmasının tərəfdarı kimi cəmiyyətdə tanınıb.

Beynəlxalq insan haqları təşkilatları ilə əməkdaşlıq edib.

Media şahzadənin yoxa çıxmasının onun fəal ictimai mövqeyi və ictimai fəaliyyəti ilə əlaqəli olduğunu irəli sürüb.


“Yuxarıdan əmr etdiklərini edə bilməyən nazirlərimiz var, çünki ortalığa çıxaracaq nəticələr yoxdur. Kasıb adam oğurluq edirsə, üçüncü dəfə o, cinayətdən sonra əlini itirir. Varlı adam eyni şeyi edərsə, heç kim ona heç nə deməz” - deyə şahzadə 2012-ci ildə “İndependent” nəşrinə müsahibədə bildirmişdi.

скачать dle 11.3
Mojo.az Banner