Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Elza Seyidcahanın ailəsinə qarşı dələduzluq: anası və bacıları evsiz qaldı

05.11.2019 14:44 3 875
Elza Seyidcahanın ailəsinə qarşı dələduzluq: anası və bacıları evsiz qaldı
Əməkdar artist Elza Seyidcahanın anası fırıldaqçılıqla üzləşib.

Bu barədə oxu.az-a Əməkdar artist məlumat verib.

O, ailəsinin üzləşdiyi xoşagəlməz hadisə ucbatından anasının və bacısının evsiz qaldığını söyləyib:

“2015-ci ildən biz anama qarşı dələduzluq törədən dəstəni axtarırdıq, amma tapa bilmirdik. Amma Nəsimi rayonu 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Urfan Gərayzadənin köməyilə dəstənin bir üzvü ələ keçib.

Qrupun digər üzvlərinin axtarışı səbəbindən istintaq işi hələ də davam edir. Onlar da tezliklə tapılacaq və məsuliyyətə cəlb olunacaqlar. Anam bütün evləri satıb torpaq aldı ki, bacılarımla özünə ev tikdirsin və orada yaşasın. Hazırda dələduzların törətdiyi bu iyrənc əmələ görə bacılarım da evsiz qalıb.

Gəlib anamın başını tovlayıb, deyiblər ki, bizə torpaq sahəsini ver, əvəzinə sənə və qızlarına üç ev verərik. Onu da qeyd edim ki, anam torpaq sahəsində tikiləcək evin layihəsini də hazırlamışdı. Anam onların bu təklifinə razılıq verib, aldanıb. Fırıldaqçılar anama villa adı ilə üç sənədsiz həyət evi göstəriblər.

Evlərin sənədləri də saxta olub. Anam bu haqda bizə heç bir məlumat verməyib. Bizə sürpriz etmək istəyib. Anamın sadəlövhlüyündən istifadə edib başına bu oyunu açıblar. Mən də hüquq-mühafizə orqanlarına başımıza gələn xoşagəlməz hadisə ilə bağlı müraciət etdim”.

Seyidcahan redaksiyamızın əməkdaşı ilə söhbətində polis əməkdaşlarının araşdırması nəticəsində onlara qarşı cinayət törədən Rasim Məmmədov və dəstənin daha iki üzvünün saxlanıldığını və bir ay ərzində anasının ya evini, ya da pulunu geri qaytaracaqlarına söz verdiklərini bildirib:

“Rasim adlı şəxs dəfələrlə dələduzluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Onun dostları ki var, dəstənin digər üzvləri onu zaminə götürüblər. Mən bu kimi məsələlərlə gündəmə gəlmək istəməzdim. Ümid edirəm ki, dəstənin digər üzvləri törətdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər”.

Əməkdar artist R.Məmmədov və digərlərinin tapılaraq ifşa olunmasında göstərdiyi yardıma görə Nəsimi rayonu 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Urfan Gərayzadəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Report yayıb.

Son xəbərlər