Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Muxtar Babayev: Xəzərə çirkli su axıdılır, cəmiyyət gözləyir ki, nazirlik tədbir görsün

01.11.2019 15:19 2 950
Muxtar Babayev: Xəzərə çirkli su axıdılır, cəmiyyət gözləyir ki, nazirlik tədbir görsün
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Xəzərə çirkli suların axıdılması ilə bağlı məsələyə münasibət bildirib.

Nazir oxu.az-ın müxbirinin sualını cavablandırarkən deyib ki, iaşə obyektlərindən Xəzər dənizinə axıdılan çirkli suların təmizlənməsi və düzgün idarə olunması nazirlik üçün əsas hədəflərdən biridir:

“Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Dəfələrlə şahidi olmuşuq ki, müəssisələr, obyektlər tərəfindən Xəzərə çirkli su axıdılır və bunu görənlər isə gözləyir ki, nazirlik gəlsin, tədbir görsün. Amma bu da düzgün deyil.

Burada da ictimai qınaq olmalıdır. Çünki Xəzər dənizi hamımızındır. Yalnız nazirlik deyil, cəmiyyətimiz də Xəzərə çirkli su axıdan obyektlərə, şəxslərə irad tutmalıdır”.

M.Babayev bildirib ki, Xəzəri çirkləndirən obyekt sahibləri ilə mütəmadi görüşlər keçirilir:

“Ötən günlərdə biz bir qrup iaşə obyekt sahibləri ilə görüş keçirdik və çalışdıq ki, aramızda səmiyyət yaradaq. Bildirdik ki, Xəzər dənizinə təmizlənməmiş çirkab suları atmaq yolverilməzdir.

O dənizdə insanlar çimir, istirahət edir, əhali balıq məhsullarından istifadə edir. Odur ki, obyekt və müəssisə rəhbərləri yeni texnologiyalar quraşdırmalı və tullantıların dənizə axıdılmamasının qarşısını almalıdırlar. Bu məsələdə bələdiyyələr də çox çalışmalıdır.

Çünki həmin obyektlər onların nəzarət etdiyi ərazidə fəaliyyət göstərir. Niyə bələdiyyələr bu obyetlərin sahiblərinə işlərinin düzgün qurulmasında nəzarət etmək istəmir? Birgə tədbirlərlə bu məsələdə daha tez müsbət nəticə əldə etmək olar”.

Son xəbərlər