Mojo.az Banner
22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzəri ən çox bu rayon çirkləndirir

21.02.2020 12:55 3 241
Xəzəri ən çox bu rayon çirkləndirir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Abşeron yarımadasının Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

İdarənin əməkdaşı Nərmin Babaşova deyib ki, monitorinqlərin nəticəsinə görə, Xəzəri ən çox çirkləndirən axarların Suraxanı rayonu ərazisində formalaşdığı məlum olub.

O qeyd edib ki, rayon ərazisində formalaşan tullantı sular bir neçə axar, o cümlədən Abşeron Magistral Kanalı vasitəsi ilə təmizlənmədən və zərərsizləşdirilmədən sahil zolağından dənizə axıdılır:

“Sabunçu rayonunun Balaxanı, Sabunçu, Zabrat-1, Zabrat-2, Ramana və Yeni Ramana qəsəbələrində formalaşan tullantı sular isə Hövsan kanalı vasitəsilə birbaşa sahil zolağına, oradan da dənizə axıdılır. Monitorinqlərin nəticəsinə görə, Xəzərin suyunun çirkli olduğu ərazilərdən biri də Sumqayıt rayonu, H.Z.Tağıyev adına qəsəbənin sahil zolağıdır.

Qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından müəssisə və təşkilatlarda, fərdi yaşayış evlərində formalaşan tullantı sular bir neçə axar vasitəsilə birbaşa Xəzər dənizinə tökülür. Abşeron yarımadasının sözügedən ərazilərində keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur”.

N.Babaşovanın sözlərinə görə, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədi ilə tərəfimizdən növbəti xəbərdarlıq edilib və bildiriş məktubları göndərilib.

O qeyd edib ki, Abşeron yarımadasının Xəzər sahili ərazilərində monitorinqlər davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner