Mojo.az Banner
22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzərdə harada çimmək olmaz?

06.07.2019 20:42 2 131
Xəzərdə harada çimmək olmaz?
Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərində dəniz çirklidir və çimmək üçün qənaətbəxş deyil. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlayıb.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı Nərmin Babaşovanın sözlərinə görə, onlar Xəzər dənizindən iyunun 28-dən iyulun 4-nə qədər götürülən nümunələrin mikrobioloji təhlillərini aparıblar: "Bu dəfə Novxanı çimərliyi də çirkli çıxdı".

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur.

Nərmin Babaşova deyib ki, əvvəlki nəticələrdən fərqli olaraq, bu dəfə yalnız Nabran deyil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirkli sayılıb və ona görə də çimərlik üçün qənaətbəxş deyil.

Onun sözlərinə görə, bu dəfə bəzi çimərliklərin montorinq zamanı çirkli çıxmasının səbəbi sözügedən çimərlik ərazilərində fəaliyyət göstərən xidmət sahələrinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.

Nərmin Babaşova əlavə edib ki, aidiyyətli qurumlar çirkab suların dənizə axıdılmasının qarşısını almaq üçün tullanrı suların idarəsini düzgün təşkil etməlidirlər.
скачать dle 11.3
Mojo.az Banner